Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Zabratda nəzarətsiz tikinti: Qanunsuzluq, xaos və təhlükə bir arada! VİDEO
Xezertv.infoxəbər verir ki, Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində aparılan tikinti işləri ətrafında ciddi narahatlıq doğuran hallar müşahidə olunur. Ən əsası isə odur ki, burada nə təhlükəsizlik qaydalarına riayət edilir, nə də ictimai maraqlar nəzərə alınır. Günün ən hərəkətli saatlarında iri tonnajlı yük maşınlarının yolun hərəkət hissəsini zəbt etməsi sakinlərin gündəlik həyatını iflic vəziyyətinə salıb.
Müşahidələr göstərir ki, tikinti ərazisində nə xəbərdaredici nişanlar var, nə də hər hansı təhlükəsizlik tədbirləri görülüb. Bu isə həm piyadalar, həm də sürücülər üçün real təhlükə yaradır. Yolun bir hissəsinin faktiki olaraq bağlanması tıxaclara səbəb olur, təcili yardım və digər operativ xidmətlərin hərəkətinə maneə törədir. Belə məsuliyyətsiz yanaşma yalnız narazılıq deyil, həm də potensial faciə riski deməkdir.
Əməkdaşımız məsələ ilə bağlı tikintini aparan tərəfin mövqeyini öyrənmək istəsə də, təəssüf ki, heç bir cavab ala bilməyib. Bu isə vəziyyəti daha da şübhəli edir. Əgər hər şey qanun çərçivəsində aparılırsa, niyə məsul şəxslər ictimaiyyətə açıqlama verməkdən yayınır?
Ortaya çıxan əsas suallardan biri də budur: bu tikinti işləri qanuni əsaslarla həyata keçirilirmi? Müvafiq icazə sənədləri varmı? Və ən önəmlisi – Sabunçu Rayon İcra Hakimiyyəti bu vəziyyətdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə bu qədər açıq qanun pozuntusuna göz yumulur? Yox əgər xəbərsizdirsə, bu artıq nəzarət mexanizmlərinin ciddi şəkildə zəif olduğunu göstərir.
Aydın məsələdir ki, şəhərsalma və tikinti qaydaları boş yerə qəbul olunmayıb. Bu qaydalar insanların təhlükəsizliyi, rahatlığı və hüquqlarının qorunması üçündür. Lakin Zabratda baş verənlər göstərir ki, bəzi hallarda bu qanunlar kağız üzərində qalır.
Aidiyyəti qurumları məsələni dərhal nəzarətə götürməyə çağırırıq. Bu cür özbaşınalığa son qoyulmalı, qanun pozuntularına hüquqi qiymət verilməlidir. Əks halda, bu gün yolun bağlanması ilə başlayan problem, sabah daha ağır nəticələrə gətirib çıxara bilər.
Araşdırmalarımız davam edir. Tikintinin kimə məxsus olduğu və digər detalları ictimaiyyətə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.






















































