Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: KİM HAQLIDIR? - VİDEO
Paytaxtın elə küçələri var ki, orada nəqliyyatın intensiv hərəkəti mövcuddur. Lakin bəzi sürücülərin avtomobillərini birbaşa hərəkət zolağında saxlaması burada hərəkətə ciddi maneə yaradır. Yaranan sıxlıq həm tıxaclara səbəb olur, həm də qəza riskini artırır. Halbuki ərazidə "Dayanmaq qadağandır" yol nişanı mövcuddur.
Oxu.Az AzTV-yə istinadən bildirir ki, sürücülər isə tətbiq olunan qaydalarla bağlı narazılıqlarını gizlətmirlər.
"Bəzən taksi 300-500 metr məsafədə dayanmalı olur. 600 metr məsafədə ümumiyyətlə dayanmağa icazə verilmir. Bu, əslində düzgün deyil. Heç kim öz kefindən orada dayanmır. Məsələn, müştərini düşürüb yoluna davam edirsən. Heç olmasa 3-5 dəqiqə vaxt verilsin, bunu nəzərə alsınlar", - deyə sürücülərdən biri bildirir.
Digər sürücü isə qısamüddətli dayanmalara görə tətbiq edilən cərimələrdən şikayətlənir:
"Qısa müddətə maşın saxlayanda cərimələyirlər. Cərimə 80 manatdır, üstəlik iki cərimə balı da yazılır. Bu isə problem yaradır".
Sakinlər hesab edirlər ki, dayanma və durma üçün xüsusi yerlərin təşkili həm sərnişinlər, həm də sürücülər üçün daha məqsədəuyğun olar. Onların fikrincə, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr vətəndaşları ciddi narahat edir.
Bəs dünya təcrübəsində bu məsələ necə tənzimlənir?
Mütəxəssislər bildirirlər ki, dayanma, durma və parklanma qaydalarına riayət etməmək təkcə cərimə ilə nəticələnmir, həm də təhlükəlidir. Bu zaman nəqliyyatın hərəkəti çətinləşir, sürücülərin görmə sahəsi məhdudlaşır, piyada keçidlərinin bağlanması isə qəza riskini artırır.
Sürücülər nəzərə almalıdırlar ki, qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin dayanması və durması yolverilməzdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır. Əgər həmin zolaq qırıq nişanlanma xətti ilə ayrılıbsa, nəqliyyat vasitələri yalnız dönmə zamanı bu zolağa daxil ola bilərlər.
Qayda pozuntularının artması səbəbindən son illər bu sahədə cərimələr də sərtləşdirilib. Cərimələr əsasən yol hərəkəti kameraları vasitəsilə qeydə alınır və rəqəmsal sistem üzərindən sürücülərə bildirilir. Qaydalara riayət etmək isə həm təhlükəsizliyin, həm də əlavə maliyyə itkisinin qarşısını almağın əsas şərtidir.























































