Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
İstanbul Baş Prokurorluğunda 7,5 milyon abunəçisi olan “Minecraft Parodileri” adlı “YouTube” kanalı haqqında istintaq başladılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addım Kahramanmaraş və Şanlıurfada məktəblərə hücumlarla əlaqəli həyata keçirilən əməliyyatlar çərçivəsində atılıb.
Belə ki, kanala qarşı “Cinayət törətməyə açıq təhrik etmə” maddəsi və Türkiyə Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə tənzimlənən “Cinayəti və cinayətkarı tərifləmə” əməli üzrə istintaq başladılıb.
İstintaq çərçivəsində məktəb yaşlı uşaqları digər şagirdlərə və müəllimlərə qarşı zorakılıq məzmunlu hərəkətlər etməyə təşviq, zorakılığa yönəltmə, zorakılıq və cinayət təşkil edən əməllərə haqq verən və bu hərəkətləri bəyənən görüntü ilə söz və bəyanatlara yer verildiyi müəyyən edilib.
Sözügedən kanala giriş qadağasının tətbiqi barədə qərar qəbul edilib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda, aprelin 15-də isə Kahramanmaraşda təhsil müəssisələrinə hücumlar olub. Hücumlar nəticəsində müəllim və şagirdlər arasında ölən və yaralananlar var. Hər iki halda hücumu törədən məktəblilər sonradan intihar edib.
























































