“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
Füzuli rayonunda “Ağıllı Kənd” layihəsi sürətlə irəliləyir
Prezidentin verdiyi sərəncam əsasında Şərqi Zəngəzur və iqtisadi zonada həyata keçirilən “Ağıllı Kənd” layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində böyük sürətlə davam edir. Layihə çərçivəsində kəndin sosial və infrastruktur potensialının inkişaf etdirilməsi, şəhər-kənd inteqrasiyasının gücləndirilməsi əsas məqsəd kimi nəzərdə tutulub.
Video görüntüdə də görüldüyü kimi, tikinti prosesində göstərilən yüksək məsuliyyət və təşkilatlanma diqqət çəkir. TVM İnşaat MMC əməkdaşlarının qalacaq, yemək və digər təminatlarını yüksək səviyyədə təmin etməklə yanaşı, məvaciblərin vaxtında ödənilməsinə də xüsusi diqqət göstərir. İşçilərin təhlükəsizliyi və layihənin düzgün icrası əsas prioritet kimi qorunur.
Video görüntüdə və fotolarda dam örtüklərinin quraşdırılması, evlərin tikinti mərhələləri və işçilərin fəaliyyəti diqqətlə izlənilir. Bu layihə yalnız Füzuli rayonunun sosial və iqtisadi inkişafına töhfə vermir, həm də regionda nümunəvi tikinti standartlarını ortaya qoyur.























































