Menu
Xəbər Lenti
Savaşdan qələbəyə
Dünən, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 14:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 13:58

Bəzi rayonlarda leysandır

06 Aprel 2026 11:04Manşet / Gündəm

Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı Adil Əliyev müavinləri, Rayon MKTB-nin rəisi, Rayon Sukanal İdarəsinin və digər qurumların əməkdaşları ilə birgə rayon ərazisində su basmış ərazilərə yerində baxış keçirmiş

 

Bakı şəhərinin Suraxanı rayonu ərazisində müşahidə olunan intensiv atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Belə ki, Adil Əliyev müavinləri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, Rayon Sukanal İdarəsinin və digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə su basmış ərazilərə yerində baxış keçirib. Baxış zamanı yağış sularının yığılması nəticəsində yaranmış problemlər ətraflı araşdırılıb, mövcud vəziyyət yerində qiymətləndirilib.

İcra başçısı tərəfindən ərazilərdə həyata keçirilən təxirəsalınmaz tədbirlərlə yerində tanışlıq aparılıb, eyni zamanda problemlərin operativ şəkildə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Xüsusilə, yağış sularının yığışdığı ərazilərdə suyun çəkilməsi və drenaj sistemlərinin fəaliyyətinin bərpası məqsədilə əlavə nasos motorlarının və xüsusi texnikaların cəlb olunması ilə bağlı aidiyyəti qurumlara göstərişlər verilib.

Qeyd edilib ki, yaranmış vəziyyətin qısa müddətdə aradan qaldırılması və sakinlərin rahatlığının təmin olunması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Xezertv.info