Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Səxavət Xankişiyev – Qələmi ilə sözün gücünü yaşadan dəyərli ziyalıya ad günü təbriki
Bu gün “Belnelxalq.info.az” xəbər portalının təsisçisi və baş redaktoru, sözün həqiqi mənasında peşəkar jurnalist və prinsipial mövqeyi ilə seçilən Səxavət Xankişiyevin doğum günüdür. Bu əlamətdar gün münasibətilə Səxavət müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Səxavət Xankişiyev Azərbaycan mediasında özünəməxsus dəsti-xətti ilə tanınan, daim obyektivlik və dürüstlük prinsipini əsas tutan ziyalılardandır. Onun rəhbərlik etdiyi “Belnelxalq.info.az” xəbər portalı qısa müddət ərzində geniş oxucu auditoriyasının rəğbətini qazanaraq etibarlı informasiya mənbələrindən birinə çevrilmişdir. Bu uğurun arxasında isə məhz Səxavət müəllimin zəhməti, məsuliyyəti və peşəkarlığı dayanır.
O, hər zaman dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilmiş, ölkəmizin inkişafı naminə həyata keçirilən siyasətə dəstək vermişdir. Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti yüksək qiymətləndirən Səxavət müəllim, bu istiqamətdə cəmiyyətin düzgün məlumatlandırılması üçün öz qələmi ilə mühüm töhfələr vermişdir. Onun yazıları yalnız informasiya vermək deyil, eyni zamanda oxucularda vətənpərvərlik ruhunu gücləndirmək, milli dəyərləri təbliğ etmək məqsədi daşıyır.
Səxavət Xankişiyev jurnalistika sahəsində yalnız xəbər yaymaqla kifayətlənməyən, həm də ictimai fikrin formalaşmasında mühüm rol oynayan qələm sahiblərindəndir. O, hər bir mövzuya peşəkar yanaşması, hadisələri dərindən təhlil etməsi və obyektiv mövqeyi ilə seçilir. Bu keyfiyyətlər isə onu həmkarları və oxucuları arasında hörmətli və nüfuzlu bir şəxsiyyətə çevirib.
Onun fəaliyyəti göstərir ki, həqiqi jurnalist olmaq üçün yalnız peşə bilikləri kifayət deyil, eyni zamanda vicdan, məsuliyyət və dövlətə sədaqət kimi ali keyfiyyətlər də vacibdir. Səxavət müəllim məhz bu keyfiyyətləri özündə birləşdirərək nümunəvi bir jurnalist obrazı yaradıb.
Bu əlamətdar gündə bir daha Səxavət Xankişiyevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, işlərində daim yüksəliş və uğurlar arzulayırıq. Qoy onun qələmi daim iti, sözü kəsərli, yolu isə açıq olsun. Yeni yaşının ona daha böyük nailiyyətlər, yeni layihələr və uğurlu addımlar gətirməsini diləyirik.
Ad gününüz mübarək, hörmətli Səxavət müəllim!
PS: Bu təbrikə xüsusi olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova və Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova da qoşulur, ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırlar.























































