Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Gecənin sükutunda insanlıq növbəsi – Zaqatala polisi bir daha etimadı doğrultdu
Cəmiyyətin sabitliyi, vətəndaşların təhlükəsizliyi və rahatlığı hər bir dövlətin əsas prioritetlərindəndir. Bu məsuliyyətli və şərəfli missiyanı isə daşıyan qurumlardan biri də şübhəsiz ki, polis orqanlarıdır. Azərbaycan polisi uzun illərdir ki, yalnız ictimai asayişin qorunması ilə kifayətlənmir, eyni zamanda vətəndaşlara humanist münasibəti, operativliyi və peşəkarlığı ilə də seçilir. Zaqatala Rayon Polis Şöbəsinin fəaliyyəti də bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xezertv.info xəbər portalının baş redaktoru Fərid Faiqoğlunun qələmə aldığı real həyat hadisəsi bir daha göstərir ki, polis əməkdaşları yalnız qanunun keşikçiləri deyil, həm də vətəndaşların çətin anlarında yanında olan etibarlı dayaqlardır. 21 mart 2026-cı il tarixində, gecə saat 01:30 radələrində baş verən hadisə bu fikrin canlı sübutudur.
Bayram gecəsi olmasına baxmayaraq, həyat öz axarı ilə davam edir və bəzən gözlənilməz çətinliklər insanları sınağa çəkir. Həmin gecə də belə hallardan biri yaşanmışdı. Qəfil yaranan ehtiyac – ağrıkəsici dərmanın tapılmaması – ailəni çətin vəziyyətə salmışdı. Evdə dərmanın olmaması səbəbindən Zaqatala şəhərinə üz tutan vətəndaşlar isə gözləmədikləri bir problemlə qarşılaşdılar: bayram səbəbindən bütün əczaxanalar bağlı idi.
Xəstəxanaya müraciət olunsa da, tələb olunan konkret dərman tapılmadı. Alternativ dərman təklif edilsə də, xəstənin allergiyası səbəbindən onu qəbul etmək mümkün deyildi. Belə bir məqamda zamanla yarışan ailə üzvləri ümidsizlik içində çıxış yolu axtarırdı. Zaqatala şəhərində “Bayraq meydanı” kimi tanınan ərazidə avtomobildə gözləyən insanlar üçün vəziyyət getdikcə daha da gərginləşirdi.
Məhz bu anda hadisələrin gedişatını dəyişən bir məqam yaşandı. Əraziyə yaxınlaşan post-patrul xidməti əməkdaşları ( 77 PC 887) avtomobildəki vəziyyətə yönəltdilər. Bu, sadəcə adi nəzarət yox, vətəndaşa qarşı həssas münasibətin göstəricisi idi. Yaxın qohumlardan biri – Seyran Emirşanov avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşdı və vəziyyəti izah etdi.
Polis əməkdaşlarının reaksiyası isə sözün əsl mənasında nümunəvi idi. Onlar məsuliyyətdən yayınmadılar, “bu bizim işimiz deyil” demədilər, əksinə, dərhal kömək edəcəklərini bildirdilər. Qısa müddət sonra geri qayıdan polis əməkdaşları ailəyə onları izləmələrini xahiş etdilər. Cəmi 10 dəqiqə ərzində həll yolunun tapılması isə operativliyin bariz nümunəsi idi.
Polis əməkdaşları bağlı əczaxananın qarşısında dayanaraq qapını döydülər və lazımi əlaqələri quraraq əczaxananın açılmasına nail oldular. Nəticədə, axtarılan dərman tapıldı və xəstəyə çatdırıldı. Bu, sadəcə bir dərmanın əldə olunması deyil, eyni zamanda insan həyatına və sağlamlığına verilən dəyərin göstəricisi idi.
Bu xeyirxah və məsuliyyətli addımın arxasında Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucovun formalaşdırdığı nizam-intizam və xidmət mədəniyyəti dayanır. Onun rəhbərliyi altında fəaliyyət göstərən polis əməkdaşlarının peşəkarlığı, vətəndaşlara münasibəti və operativ davranışı təsadüfi deyil. Bu, sistemli yanaşmanın və düzgün idarəçiliyin nəticəsidir.
Xüsusilə qeyd olunmalıdır ki, həmin gecə vətəndaşlara yardım edən polis əməkdaşı Qənimət Kərimli və onunla birlikdə xidmətdə olan əməkdaş öz davranışı ilə Azərbaycan polisinin simasını bir daha nümayiş etdirdi. Onların bu addımı təkcə bir ailəyə kömək deyil, bütövlükdə cəmiyyətə verilən bir mesaj idi: “Polis hər zaman sizin yanınızdadır.”
Bu hadisə bir daha sübut edir ki, Azərbaycan polisi yalnız qanunların icrasına nəzarət edən qurum deyil, eyni zamanda sosial məsuliyyət daşıyan, humanist dəyərləri qoruyan bir təsisatdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətin əsas prioritetlərindən biri olan vətəndaş məmnunluğu polisi də öz fəaliyyətində bu prinsipləri rəhbər tutur. Daxili İşlər Nazirliyinin rəhbərliyi altında həyata keçirilən islahatlar və nəzarət mexanizmləri isə bu cür nümunəvi hadisələrin sayını artırır.
Cəmiyyətin polisə olan etimadı məhz belə real hadisələr fonunda daha da möhkəmlənir. İnsanlar görür ki, çətin anlarda onlara yardım edən, çıxılmaz vəziyyətdən xilas edən bir qurum var. Bu isə dövlət-vətəndaş münasibətlərinin ən sağlam göstəricilərindən biridir.
Xezertv.info-nun kollektivi adından bu hadisəyə görə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Vəfadar Orucova və bütün polis əməkdaşlarına dərin minnətdarlıq bildirilir. Onların gecə saatlarında belə ayıq-sayıq xidmət aparmaları, vətəndaşların qayğısına qalması alqışa layiqdir.
Belə nümunələr göstərir ki, Azərbaycan polisi təkcə peşəkarlığı ilə deyil, həm də insani keyfiyyətləri ilə seçilir. Bu isə gələcəkdə daha güclü və etibarlı cəmiyyətin formalaşmasına xidmət edir.
Yaşasın Azərbaycan polisi!
Fərid Faiqoğlu
Baş redaktor
"Qızıl qələm" mükafatçısı
AJB-nin üzvü























































