Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
Kung-Fu Federasiyasında yeni təyinatlar və klub lisenziyalarının təqdimatı keçirilib
İctimai müzakirə: dilənçilik yoxsa sənət? – ekspertlərin və YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovun fikirləri haçalandı…
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib: YYSİB təkliflərlə çıxış etdi
Polad iradə və dövlətə sədaqət nümunəsi: Azərbaycan Polisi
Azərbaycan Respublikasının təhlükəsizliyinin, ictimai asayişin və hüquqi dövlətçiliyin keşiyində daim ayıq-sayıq dayanan Daxili İşlər Nazirliyinin şəxsi heyətinə, xüsusilə fədakar Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan polisi hər zaman döşünü irəli verərək, polad iradə, sarsılmaz mövqe və yüksək peşəkarlıq nümayiş etdirmişdir. Cəmiyyətimizin sabitliyi, vətəndaşların rahatlığı və qanunun aliliyinin təmin olunması naminə gecə-gündüz demədən xidmət göstərən polis əməkdaşları əsl vətənpərvərlik nümunəsidir. Onların xidməti təkcə peşə borcu deyil, həm də xalqa, dövlətə və milli dəyərlərimizə sədaqətin bariz təzahürüdür.
Bu gün Azərbaycan dövləti güclüdürsə, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürürsə, vətəndaşlar özlərini təhlükəsiz hiss edirsə, bu, məhz hüquq-mühafizə orqanlarının, xüsusən də Daxili İşlər Nazirliyinin fədakar əməkdaşlarının əvəzsiz xidmətlərinin nəticəsidir. Azərbaycan polisi çətin anlarda cəmiyyətin dayağı, təhlükə qarşısında isə sipəri olmuşdur.
Hüquq üzrə fəlsəfə doktoru və hüquq eksperti kimi xüsusi vurğulamaq istərdim ki, qanunun aliliyinin qorunması yalnız normativ aktlarla deyil, onu icra edən insanların vicdanı, əqidəsi və məsuliyyəti ilə ölçülür. Azərbaycan polisi bu məsuliyyəti hər zaman şərəflə daşıyır, dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verir.
Bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və bütün şəxsi heyətinə səmimi təşəkkürümü bildirir, polad iradəli, mərd və qətiyyətli Azərbaycan polisinin hər bir əməkdaşına sağlamlıq, təhlükəsiz xidmət və uğurlar arzulayıram. Dövlətimiz var olduqca, onun keşiyində duran Azərbaycan polisi də daim uca zirvədə olacaqdır.
Hörmətlə,
İsmail Zalov
Hüquq üzrə fəlsəfə doktoru,
Hüquq eksperti,
Arhd.az saytının rəhbəri























































