Menu
Xəbər Lenti
Bakıya sulu qar yağır
14-12-2025, 07:33

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

16 Dekabr 2025 09:21Manşet / Gündəm / Siyasət

Təhlükəsizliyin keşiyində fədakar xidmət: Fövqəladə Hallar Nazirliyinin şərəfli missiyası

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri,


hörmətli cənab Kəmaləddin Heydərov!


Əziz Fövqəladə Hallar Nazirliyinin əməkdaşları!


Sizi – ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan, insan həyatını və milli sərvətlərimizi qorumağı ali vəzifə kimi qəbul edən fədakar bir kollektivi ürəkdən təbrik edirəm.


Fövqəladə Hallar Nazirliyi yarandığı gündən etibarən peşəkarlığı, çevikliyi və yüksək məsuliyyəti ilə Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından birinə çevrilmişdir. Təbii və texnogen hadisələr zamanı göstərdiyiniz cəsarət, operativlik və özünütəhlükəyə baxmayaraq insan həyatını hər şeydən üstün tutmağınız böyük ehtiram doğurur.


Hörmətli cənab Kəmaləddin Heydərovun rəhbərliyi altında Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının inkişafı, beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması bu sahədə əldə olunan uğurların əsasını təşkil edir. Sizin rəhbərliyiniz FHN əməkdaşlarında yüksək xidmət mədəniyyəti, dövlətə sədaqət və vətəndaşa qayğı prinsiplərini daha da möhkəmləndirmişdir.


Hər bir fövqəladə hal əməkdaşının fəaliyyəti sadəcə peşə borcu deyil, eyni zamanda vətənə sədaqətin, humanizmin və insanpərvərliyin parlaq nümunəsidir. Gecə-gündüz demədən göstərdiyiniz bu xidmət Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq və rəğbətlə qarşılanır.


Arhd.az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru kimi xüsusi qeyd etmək istəyirəm ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti hüquqi dövlətin əsas prinsiplərindən biri olan insan həyatının toxunulmazlığının təmin edilməsində mühüm rol oynayır və hüquqi təhlükəsizlik anlayışını real praktikaya çevirir.


Bu əlamətdar münasibətlə başda hörmətli nazir cənab Kəmaləddin Heydərov olmaqla, Fövqəladə Hallar Nazirliyinin bütün şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, təhlükəsiz xidmət, ailə səadəti və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.


 

Dərin hörmət və ehtiramla,



İsmail Zalov



Arhd.az saytının rəhbəri



Hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru