“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
"Xatəm əl-Ənbiya" nümayəndəsi: "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov, ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşı, hüquqşünas, Azərbaycan Respublikası Baş Prokurorluğunun Polkovniki, Kembrinc Universiteti doktorantı Məmməd Əliyev və agentliyin əməkdaşı Niyazil Hüseynov ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində İslam Mədəniyyət Mərkəzində rəsmi görüşdə iştirak etmişlər.
Görüş çərçivəsində çıxış edən İsmayıl Zalov Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət olduğunu xüsusi vurğulamış, ölkəmizdə hökm sürən sabitlik, qanunun aliliyi və insan hüquqlarına verilən yüksək dəyərdən bəhs etmişdir. O, həmçinin Azərbaycanın dünyada tolerantlıq ənənələri ilə seçilən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, dövlətimizin bütün dinlərə, o cümlədən İslam dininə göstərdiyi yüksək hörmət və qayğını qeyd etmişdir.
Daha sonra çıxış edən Məmməd Əliyev Azərbaycan ilə Rusiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunmuş, bu əlaqələrin regionda sabitliyin və qarşılıqlı anlayışın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirmişdir.
Görüş zamanı qeyd olunmuşdur ki, İslam Mədəniyyət Mərkəzi yalnız dini ibadət məkanı kimi deyil, eyni zamanda sosial və mənəvi dəstək mərkəzi kimi də fəaliyyət göstərir. Burada yaşayan insanlar və tələbələr mütəmadi olaraq dualar edir, ibadətlərini yerinə yetirir, eyni zamanda gündəlik qida ehtiyaclarını da təmin edirlər. Bildirilmişdir ki, bu fəaliyyətlərin maliyyələşdirilməsi və mənəvi dəstəyi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilir.
Görüş çərçivəsində nümayəndə heyəti tərəfindən yalnız İslam Mədəniyyət Mərkəzi ilə kifayətlənməyərək, digər dini məkanlara da ziyarətlər həyata keçirilmişdir. Belə ki, nümayəndələr tərəfindən sinaqoq və kilsə də ziyarət olunmuş, bu isə Azərbaycanın multikultural və tolerant dəyərlərinin bariz nümunəsi kimi qiymətləndirilmişdir.
Qeyd edək ki, bu cür görüşlər müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, həmçinin Azərbaycanın beynəlxalq aləmdə tolerant və multikultural ölkə imicinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
ARHD.AZ

























































