Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

28 Mart 2026 19:20Manşet / Gündəm

Rusiya Federasiyasının Prezident Administrasiyasında görüş keçirilmişdir

 

ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov ilə beynəlxalq hüquqşünas Vikto İvan İvanoviç Rusiya Federasiyasının Prezident Administrasiyasında görüşmüşlər. Görüş çərçivəsində beynəlxalq hüququn aktual məsələləri, regional və qlobal səviyyədə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hüquqi təcrübə və elmi yanaşmalar üzrə fikir mübadiləsi aparılmışdır.


Tərəflər hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulamış, beynəlxalq hüququn müasir çağırışları fonunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Görüş zamanı həmçinin hüquqi institutlar arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və gələcəkdə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.


Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçmiş, tərəflər gələcək əməkdaşlıq üçün müsbət niyyətlərini ifadə etmişlər.


 

ARHD.AZ