Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Mübariz Nağıyev Nazirə müraciət ünvanlayıb
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənabına
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab nazir!
Mən, Nağıyev Mübariz Nuru oğlu, Sizə müraciət edərək bildirirəm ki, 22 mart 2026-cı il tarixində “Ən Son Xəbər” adlı TikTok səhifəsində mənim ad-soyadım və mobil telefon nömrəm qanunsuz istifadə olunmaqla saxta profil yaradılmışdır. Həmin səhifədə müxtəlif vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirən, şər və böhtan xarakterli məlumatlar paylaşılır. Bu qanunsuz hərəkətlər mənim şəxsi və işgüzar nüfuzuma ciddi zərər vurmaqla yanaşı, məndə əsaslı narahatlıq yaratmışdır. Məsələ ilə bağlı qeyd olunan səhifə ilə əlaqə saxlayaraq etirazımı bildirsəm də, həmin şəxs tərəfindən bloklanmışam. Digər vasitələrlə əlaqə qurmağa cəhd etdikdə də eyni münasibətlə qarşılaşmışam. Baş vermiş faktlarla bağlı kifayət qədər sübutlar (ekran görüntüləri, yazışmalar və s.) mövcuddur. 25 mart 2026-cı il tarixində bu hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti vasitəsilə rəsmi müraciət etmişəm. Lakin buna baxmayaraq, həmin şəxs fəaliyyətini davam etdirərək bu gün mənim şəxsi şəkillərimi paylaşmaqla şantaj xarakterli hərəkətlərə yol vermişdir.
Hazırda kimliyi mənə məlum olmayan bu şəxs tərəfindən həm mənə, həm də ailə üzvlərimə qarşı psixoloji təzyiq göstərilir ki, bu da vəziyyəti daha da ağırlaşdırır və təhlükə yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:
Faktın hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verəsiniz;
Saxta profilin yaradılması və idarə olunmasında iştirak edən şəxsin müəyyən edilərək Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmasına köməklik göstərəsiniz;
Həmin qanunsuz kontentin dərhal silinməsi və yayımının qarşısının alınması istiqamətində tədbirlər görülməsini təmin edəsiniz;
Mənim və ailə üzvlərimin təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin edəsiniz.
Əvvəlcədən göstəriləcək diqqət və köməyə görə təşəkkür edirəm.
Hörmətlə, Nağıyev Mübariz Nuru oğlu Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi 45 “Turkdunyasi.site” saytının təsisçisi Telefon: 050 352 82 91
Tarix: 27 / 03 / 2026























































