Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
Son dövrlərdə ayrı-ayrı şəxslərin özlərini “jurnalist” kimi təqdim edərək dövlət orqanlarının və vəzifəli şəxslərin nüfuzuna xələl gətirən qanunsuz fəaliyyətlə məşğul olmaları faktları müşahidə olunur. Həmin şəxslər media fəaliyyətindən sui-istifadə edərək dövlət məmurlarına qarşı şantaj, təzyiq və böhtan xarakterli məlumatlar yaymaqla maddi maraqlarını təmin etməyə çalışırlar.
Qeyd edilməlidir ki, bu cür əməllər Azərbaycan Respublikasının Konstitusiyasına, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ziddir. Media fəaliyyəti adı altında şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir yayılması, habelə hədə-qorxu yolu ilə maddi və ya digər fayda əldə edilməsi cinayət və inzibati məsuliyyət yaradır.
Bir daha vurğulanır ki, söz və məlumat azadlığı anlayışı qanunsuz hərəkətləri, şantajı, təzyiqi və vəzifəli şəxslərin nüfuzuna qəsdən zərər vurulmasını ehtiva etmir. Söz azadlığı yalnız qanunla müəyyən edilmiş çərçivələr daxilində həyata keçirilə bilər və hüquqi məsuliyyətdən yayınma vasitəsi kimi istifadə oluna bilməz.
Bundan əlavə, media subyekti kimi fəaliyyət göstərən internet informasiya ehtiyatları, saytlar və xəbər portalları mütləq qaydada dövlət qeydiyyatından keçməlidir. Qanunvericiliklə müəyyən edilmiş qeydiyyat tələblərinə əməl etmədən media fəaliyyəti ilə məşğul olmaq yolverilməzdir və hüquqi məsuliyyət doğurur.
Azərbaycan Respublikasında söz və media azadlığı mövcuddur. Lakin bu azadlıqlar qanunun aliliyinə, peşə etikası normalarına və hüquqi məsuliyyət prinsipinə əsaslanır. Media adından istifadə edərək cinayət xarakterli əməllər törədən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülməlidir və görüləcəkdir.























































