Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Xeyirxahlığın ünvanı: Jalə Ağakişiqızı yenə ürəklərə yol tapdı
İllərdir xeyriyyəçilik fəaliyyəti ilə tanınan, cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərməyi özünə mənəvi borc bilən Jalə Ağakişiqızı bu bayram tətilində də ənənəsinə sadiq qalaraq növbəti dəfə humanist addımı ilə diqqət çəkdi. Zeferyolu.az saytının rəhbəri, araşdırmaçı jurnalist, ictimai xadim və sahibkar kimi tanınan Jalə xanım bu dəfə ailə üzvlərini başına toplayaraq “Nur uşaq evi”nə üz tutdu və orada yaşayan körpə balalar üçün unudulmaz bir gün təşkil etdi.
Bayram günlərinin ruhuna uyğun olaraq həyata keçirilən bu ziyarət yalnız maddi yardım xarakteri daşımadı, eyni zamanda sevgi, qayğı və diqqətin ən gözəl nümunəsinə çevrildi. Jalə xanım tərəfindən kəsilən qurban, alınan müxtəlif hədiyyələr və öz əlləri ilə hazırlanmış ləziz təamlar uşaqların sevincinə səbəb oldu. Onun səmimi münasibəti, uşaqlarla qurduğu isti ünsiyyət və diqqəti hər kəsin qəlbini isindirdi. Bu görüşdə ən dəyərli hədiyyə isə şübhəsiz ki, sevgi və qayğı idi.
Jalə Ağakişiqızının fəaliyyəti təkcə bir günlük xeyriyyə aksiyaları ilə məhdudlaşmır. O, illərdir ki, cəmiyyətin ən həssas təbəqələrinə dəstək göstərərək saysız-hesabsız xeyirxah işlərə imza atıb. Xüsusilə sosial imkanı aşağı olan, aztəminatlı ailələrin mənzil şəraiti ilə təmin olunması istiqamətində gördüyü işlər onun nə qədər böyük ürəyə sahib olduğunu bir daha sübut edir. Bir çox ailələr onun sayəsində yeni evə qovuşaraq daha layiqli həyat şəraiti əldə ediblər.
Bununla yanaşı, ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi üçün göstərdiyi maddi və mənəvi dəstək də xüsusi qeyd olunmalıdır. Jalə xanım heç bir qarşılıq gözləmədən, yalnız insanlıq naminə bu yardımları edir və hər zaman ehtiyacı olan insanların yanında olmağa çalışır. Onun bu fəaliyyəti bir çoxlarına ümid, inam və yaşamaq gücü verir.
Jalə Ağakişiqızı daim vətəndaş cəmiyyəti ilə sıx əlaqədə olan, sosial problemlərə həssas yanaşan bir şəxs kimi tanınır. Şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı isə onun vətənpərvərliyinin bariz nümunəsidir. O, bu ailələrin dərdini öz dərdi kimi qəbul edir, onların yanında olmağı bir vətəndaşlıq borcu sayır. Bu istiqamətdə həyata keçirdiyi layihələr və fərdi təşəbbüslər cəmiyyətdə böyük rəğbətlə qarşılanır.
Onun xeyriyyəçilik fəaliyyəti təkcə maddi yardım deyil, həm də mənəvi dəstək üzərində qurulub. Jalə xanımın insanların yanında olması, onların dərdlərini dinləməsi və həll yolları axtarması onun fəaliyyətinin əsas xüsusiyyətlərindəndir. Bu xüsusiyyətlər isə onu cəmiyyət üçün əvəzolunmaz bir şəxsiyyətə çevirir.
“Nur uşaq evi”ndə keçirilən bu görüş də bir daha göstərdi ki, Jalə Ağakişiqızı üçün xeyirxahlıq sadəcə bir fəaliyyət deyil, həyat tərzidir. O, hər zaman kimsəsizlərin, ehtiyacı olanların, məzlumların yanında dayanaraq onlara arxa-dayaq olur. Bu addımları sevərək və böyük məsuliyyət hissi ilə həyata keçirən Jalə xanım cəmiyyətimiz üçün örnək bir insandır.
Belə insanların varlığı cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında və inkişafında mühüm rol oynayır. Jalə Ağakişiqızı kimi xeyirxah insanların fəaliyyəti sayəsində cəmiyyətimizdə mərhəmət, humanizm və birlik hissi daha da güclənir. Onun gördüyü işlər bir daha sübut edir ki, insanlıq və xeyirxahlıq hər zaman ən ali dəyər olaraq qalmalıdır.
Bu cür nəcib əməllər isə yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də örnək olacaq bir mirasdır. Sonda isə qeyd etmək yerinə düşər ki, Jalə xanım bu nəcib ziyarəti ilə “Nur” uşaq evinin xatirə dəftərinə öz ürək sözlərini yazdı.





















































