GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Azərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb
Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.
AzTU-nun ilk dəfə olaraq "QS World University Rankings by Subject 2026" nəticələrinə əsasən, reytinqdə yer almış dünyada 2000 nüfuzlu universitet arasında "Kompüter elmləri və informasiya sistemləri" (Computer Science and Information Systems) sahəsində 701-750-ci yerlərdə qərarlaşması yüksək nəticə hesab edilir.
AzTU-nun bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabətə malik "Kompüter elmləri və informasiya sistemləri" istiqaməti üzrə nail olması beynəlxalq səviyyədə əldə olunan uğurun əhəmiyyətini xüsusi olaraq artırır.
Qeyd olunan nailiyyət AzTU-da kibertəhlükəsizlik, informasiya texnologiyaları və kompüter elmləri, süni intellekt istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.
"QS World University Rankings by Subject" üzrə reytinqlər akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.
AzTU-da prioritet istiqamətlər üzrə - süni intellekt, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi və böyük verilənlərin analitikası sahələrində kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqatların genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Beynəlxalq səviyyədə əldə olunan bu nəticə AzTU-nun strateji inkişafının düzgün müəyyənləşdirildiyini göstərməklə yanaşı, beynəlxalq akademik mühitdə mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.























































