GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Bakı aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı
Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu “Skytrax World Airport Awards 2026” mükafatına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində “Passenger Terminal Expo World” (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub.
“World Airport Awards” aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır.
Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır. Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.























































