Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Amasiya Şəhidləri: Haqverdiyev Ayxan – Vətən uğrunda ölümsüzlük qazanmış igid oğul”
Xezertv.info xəbər verir ki, “Amasiya TV” tərəfindən həyata keçirilən “Amasiya şəhidləri” layihəsinin növbəti çəkilişi Vətən uğrunda canından keçərək ölümsüzlük qazanan igid oğullarımızdan biri – əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Güllücə kəndindən olan şəhid Haqverdiyev Ayxan Akif oğlunun ailəsində baş tutdu.
Görüş zamanı şəhidin ailə üzvləri, xüsusilə atası Ayxanın uşaqlıq və məktəb illərinə dair xatirələri böyük qürur və kövrəkliklə bölüşdü. Ata qeyd etdi ki, Ayxan hələ kiçik yaşlarından Vətənə xidmət etməyi həyatının ən ali məqsədi kimi görüb. Onun qəlbində hərbiyə olan sevgi, torpağa bağlılıq və Vətən eşqi uşaq yaşlarından kök salmışdı. Məktəb illərində nizam-intizamı, cəsarəti və vətənpərvərliyi ilə seçilən Ayxan müəllimlərinin və dostlarının yaddaşında mərd, prinsipial və əyilməz bir gənc kimi iz qoyub.
Ailəsinin sözlərinə görə, Ayxan torpağına bağlı, Vətəni üçün yaşamağı və lazım gəldikdə canından keçməyi özünə şərəf bilən bir oğul idi. Onun ən böyük arzusu hərbçi olmaq, Azərbaycan torpaqlarını qorumaq və düşmənə qarşı mətin dayanmaq idi. O, bu müqəddəs arzusuna çatdı – şərəflə xidmət etdi, Vətən uğrunda döyüşdü və ən uca zirvəyə – şəhidlik məqamına yüksələrək adını qəhrəmanlıq salnaməsinə yazdı.
“Amasiya şəhidləri” layihəsinin əsas məqsədi məhz belə igid oğullarımızın həyat yolunu, qəhrəmanlığını və ailələrinin yaşadığı qürur dolu hissləri gələcək nəsillərə çatdırmaqdır. Bu layihə təkcə xatirələri yaşatmır, həm də gənc nəslin qəlbində Vətən sevgisini, milli ruhu və qəhrəmanlıq duyğusunu alovlandırır.
Sonda bir daha vurğulamaq lazımdır ki, Haqverdiyev Ayxan Akif oğlu kimi qəhrəmanlarımızın adı tariximizin qızıl səhifələrinə həkk olunub. Onların göstərdiyi şücaət, fədakarlıq və Vətən sevgisi əsrlər boyu yaşayacaq, xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu torpaq belə igid oğulların qanı ilə Vətənə çevrilib və onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Fərid Faiqoğlu


























































