Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Ukraynada deputatlar işə çıxmaq istəmir - Bu səbəbdən
Ukraynada Ali Radanın təxminən 60 deputatı 25 martda işə çıxmaqdan imtina edib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko özünün teleqram kanalında məlumat yayıb.
O qeyd edib ki, millət vəkilləri təhdidlərdən çəkinirlər, hökumət binasında onlara qarşı döyülmə və təxribatların planlaşdırılmasından qorxurlar.
Qonçarenkonun iddiasına görə, Ali Rada deputatları “yuxarı”dan gələn hər şeyə səs verməyə məcbur edilmək məqsədilə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisindən təhdidlər alırlar. Millət vəkili düşünür ki, artıq polis və hərbi qüvvələr kamuflyaj formasında Kiyevdəki hökumət binasında toplaşıb.
Xatırladaq ki, daha əvvəl Rada onlarla deputatın istefa vermək niyyətini açıqlamışdı.























































