Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Bir həftə əvvəl sakinlərin WhatsApp qrupunda yazılan sadə bir istək — uşaqların həyətdə tonqal qalamaq arzusu — qısa müddətdə böyük bir təşəbbüsə çevrildi. İdarə heyəti tərəfindən verilən söz isə martın 17-də reallığa çevrildi. Həmin gün Azur Residence-də ilk dəfə genişmiqyaslı İlaxır Çərşənbə tədbiri keçirildi.
2025-ci ilin noyabr ayında yaradılan Xətai 48 MMMC -(Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti )bu qısa müddətdə artıq konkret nəticələrlə diqqət çəkməyə başlayıb. Sakinlərin birliyi ilə formalaşan bu idarəetmə modeli təkcə təşkilati deyil, sosial mühitdə də real dəyişikliklər yaradıb.
Tədbirin uğurunun əsasında isə əvvəlcədən görülən işlər dayanırdı. Cəmi bir həftə əvvəl rezidensin həyəti baxımsız vəziyyətdə idi. Fikrət müəllimin təşəbbüsü ilə qısa müddətdə geniş abadlıq işləri aparıldı: həyət tam təmizləndi, köhnə və qurumuş ağaclar çıxarıldı, ərazi səliqəyə salındı. Yaşıllaşdırma şirkətinin dəstəyi ilə həyətə yeni güllər və dekorativ bitkilər əkildi və ərazi tədbir üçün tam hazır vəziyyətə gətirildi.
Martın 17-də keçirilən tədbir isə bu hazırlığın məntiqi nəticəsi oldu. Təxminən bir yarım metrlik tonqal ətrafında 200-dən çox sakin ailə üzvləri ilə birlikdə bir araya gəldi. Bu, sadəcə bayram deyil, həm də qonşuluq münasibətlərinin gücləndiyi bir birlik anı idi.
Axşam boyu qonaqlar üçün DJ proqramı, əyləncəli oyunlar və bayram ab-havası təşkil olundu. Novruzun ənənəvi obrazları — Bahar qızı, Keçəl və Kosa tədbirə xüsusi rəng qatdı və uşaqlar üçün unudulmaz anlar yaratdı.
Tədbir çərçivəsində təşkil olunan Novruz süfrəsində şəkərbura, paxlava, badambura, qoğal, boyanmış yumurtalar, müxtəlif çərəzlər, eləcə də çay, kofe və digər içkilər təqdim olundu. Tədbirin yüksək səviyyədə keçirilməsi Başkent Restoranlar Şəbəkəsinin dəstəyi ilə mümkün oldu.
Sakinlər tədbirdən sonra dəfələrlə təşəkkürlərini ifadə etdilər. Xüsusilə qeyd olundu ki, bu uğurun arxasında dayanan əsas qüvvə Fikrət müəllimin liderliyi və onun ətrafında formalaşmış idarə heyətidir. Yeganə xanlm, Davud müəllim, Eldar müəllim və Rasim müəllimin, Sürayə xanım və digər üzvülərmizin birgə fəaliyyəti nəticəsində binada həm idarəetmə, həm də sosial mühit əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu tədbirin yüksək səviyyədə başa çatmasında böyük əməyi olan, lakin adlarının çəkilməsini istəməyən qonşularımıza gərin minnətdarlığımızı bildiririk.
Bu tədbir bir daha göstərdi ki, düzgün təşkilatlanma və sakinlərin birliyi qısa müddətdə real nəticələr verir. Azur Residence-də keçirilən ilk İlaxır Çərşənbə isə artıq yalnız bir bayram deyil, yeni idarəetmə modelinin uğur göstəricisi kimi yadda qaldı.




Xezertv.info





















































