Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Xeyriyyəçi iş adamı Elman müəllimin ilaxır çərşənbə və Novruz bayramı təbriki
Hörmətli həmvətənlər!
Sizi İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu qədim və əziz bayram xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini tərənnüm edir. Novruz bolluq, bərəkət, yeni başlanğıc və ümid rəmzidir.
Bu xoş fürsətdən istifadə edərək, hər birinizə sağlamlıq, xoşbəxtlik, ailə səadəti və firavan həyat arzulayıram. Qoy süfrələriniz ruzili-bərəkətli, evləriniz sevinc və fərəhlə dolu olsun. Xüsusilə, şəhid ailələrinə, qazilərimizə, ehtiyacı olan insanlara Allahdan güc, səbir və xeyir-bərəkət diləyirəm.
Novruz bayramınız mübarək! Qoy bu bayram ölkəmizə sülh, rifah və tərəqqi gətirsin!
Hörmətlə,
Xeyriyyəçi iş adamı Elman müəllim























































