Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Suraxanı rayonunda iftar süfrəsi açılıb
“Xezertv.info” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən açılan 450 nəfərə yaxın iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri, aztəminatlı ailələr və digər qonaqlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək mənəvi paklıq, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib. O, həmçinin ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin hər sahədə yüksək inkişaf yolunda inamla irəlilədiyini, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza tarixi qürur bəxş etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Afət Həsənova çıxış edərək Ramazan ayının insanlara mənəvi yüksəliş, səbr və şükür hissi aşıladığını söyləyib. O, belə bir müqəddəs ayda keçirilən iftar məclislərinin insanlar arasında həmrəyliyi və milli birliyi daha da möhkəmləndirdiyini, cəmiyyətimizdəki mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirib. A.Həsənova xalqımıza Ramazan ayının xeyir-bərəkət gətirməsini, orucların qəbul olunmasını arzulayıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da öz çıxışında xalqın rifahı naminə dövlətimizin həyata keçirdiyi sosial siyasətə toxunaraq Ramazan ayında aztəminatlı ailələrə göstərilən diqqət və qayğının Ali Baş Komandanın humanist siyasətinin bariz təzahürü olduğunu bildirib. O qeyd edib ki, hər zaman xalqın yanında olmaq, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə dəstək vermək əsas prioritetlərimizdən biridir.
İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.







































































