Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
ABŞ müharibənin ilk 6 günündə 11,3 milyard xərcləyib
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk altı günü 11,3 milyard dollardan çox xərc tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin üç mənbəyə istinadən yaydığı xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Konqres üzvləri üçün keçirilən brifinq zamanı hücumların maliyyə dəyəri ilə bağlı ilkin qiymətləndirmələri açıqlayıblar. Bildirilib ki, 28 fevralda başlayan əməliyyatların ilk altı günündə xərclər 11,3 milyard dolları keçib.
Hesabatda qeyd olunur ki, bu rəqəm Konqres üzvlərinə təqdim edilən ən geniş və əhatəli xərc qiymətləndirməsi hesab olunur. Bununla yanaşı, açıqlanan məbləğə hücumlardan əvvəl bölgədə aparılan hərbi hazırlıq, qoşun və texnikanın yerləşdirilməsi kimi əlavə xərclər daxil edilməyib.
Bu səbəbdən ümumi xərclərin gələcəkdə daha da artacağı istisna edilmir.























































