Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
BMT İranı qınayan qətnamə qəbul etdi
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İranı Körfəz ölkələrinə hücumları dərhal dayandırmağa çağıran qətnaməni qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, səsvermə zamanı qətnaməni Şuranın 13 üzv dövləti dəstəkləyib, İranın müttəfiqləri hesab olunan Rusiya və Çin isə bitərəf qalıb.
Qətnamə layihəsi Bəhreyn tərəfindən təqdim olunub və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr - Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin İordaniya adından təqdim edilib. Sənəd 130-dan çox BMT üzv dövləti tərəfindən dəstəklənib.
Qətnamədə Tehranın Körfəz ölkələrinə raket hücumlarını dərhal dayandırması tələb olunur. Sənəddə həmçinin İranın Hörmüz boğazını bağlamaqla beynəlxalq dəniz naviqasiyasını və regional təhlükəsizliyi riskə atdığı qeyd edilərək bu addım qınanır.
Digər tərəfdən, Rusiya tərəfindən təqdim edilən və konkret bir ölkənin adını çəkmədən Yaxın Şərqdə bütün münaqişələrin dayandırılmasını tələb edən alternativ qətnamə layihəsi Şurada qəbul edilməyib. Sənəd 4 lehinə, 2 əleyhinə və 9 bitərəf səslə rədd edilib.
Qeyd edək ki, Təhlükəsizlik Şurası regionda artan gərginliyi müzakirə etmək üçün 28 fevral tarixində təcili iclas keçirmişdi. İclas zamanı ABŞ İranın nüvə və ballistik raket proqramlarını beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid kimi qiymətləndirib və İsraillə birgə həyata keçirilən hərbi əməliyyatların bu imkanları məhdudlaşdırmağa yönəldiyini bildirib.
Tehran isə bu hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirərək, Nizamnamənin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malik olduğunu bəyan edib.























































