Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Süni intellektə etiraz olaraq boş kitab nəşr etdilər
Böyük Britaniyada təxminən 10 min müəllif süni intellekt şirkətlərinin əsərlərini icazəsiz və müəllif hüquqları olmadan istifadə etməsinə etiraz olaraq, “Bu kitabı oğurlama” (“Don’t Steal This Book”) adlı boş kitab nəşr ediblər.
“Qafqazinfo” xəbər verir ki, etiraz məşhur yazıçılar Kazuo İşiquro, Filippa Qreqori və Riçard Osman kimi tanınmış müəlliflərin də dəstəyini alıb.
Kitabda yalnız iştirakçı müəlliflərin adları yer alır və London Kitab Sərgisində iştirakçılara paylanmağa başlanıb.
Müəlliflər bildiriblər ki, bu hərəkət süni intellektin insan əməyi üzərindən öyrədilməsi və hökumətin bu prosesi qanuniləşdirmə ehtimalına birbaşa etirazdır.
Etirazın təşkilatçısı, bəstəkar Ed Nyuton-Reks süni intellekt sənayesinin “oğurlanmış əsərlər” üzərində qurulduğunu, bunun isə sənətçilərin dolanışıqlarını əlindən aldığını bildirib. O, hökumətin sənətçiləri qorumasının vacibliyini vurğulayıb.
Britaniyalı müəllif Malori Blekman isə texnologiya şirkətlərinin kitabların istifadəsi üçün müəlliflərə ödəniş etməsinin məntiqli bir gözlənti olduğunu qeyd edib. Kitabın arxa üz qabığında hökumətə süni intellekt şirkətlərinin xeyrinə kitab oğurluğunu qanuniləşdirməməsi üçün çağırış yer alıb.
London Kitab Sərgisində naşirlər həmçinin yeni kollektiv kitab lisenziyalaşdırma təşəbbüsünü elan ediblər ki, bu da əsərlərə qanuni girişin təmin edilməsinə yönəlib.





















































