Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Qərbi Azərbaycan Amasiya rayon İcmasında bayram tədbiri
Yurd həsrətini vətən sevgisi ilə birləşdirən Amasiyalı xanımlar baharın gəlişini və 8 Mart bayramını qürurla qeyd etdilər.
Baharın nəfəsi təbiəti oyatdığı, qəlblərə yeni ümidlər toxumu səpdiyi bir vaxtda, Qərbi Azərbaycanın qədim və bərəkətli torpağı olan Amasiya rayonunun icmasında möhtəşəm bir bayram tədbiri keçirildi. Bu tədbir sadəcə təqvim bayramlarının qeyd olunması deyil, həm də sarsılmaz bir el-oba birliyinin, unudulmayan adət-ənənələrin və dəmir iradəli qadınlarımızın ehtiram məclisi idi. 8 Mart Beynəlxalq Qadınlar Günü və milli mənəviyyatımızın tacı olan Novruz bayramı münasibətilə təşkil edilən mərasim, hər bir iştirakçının yaddaşında silinməz izlər qoydu.
Bayram süfrələri Novruzun rəmzi olan səmənilər, şəkərburalar, paxlavalar və Amasiya mətbəxinin əvəzsiz təamları ilə milli ruhda bəzədilmişdi. Lakin məclisin ən böyük bəzəyi və qürur mənbəyi orada əyləşən fəal xanımlar, ziyalılar və hamımızın baş tacı olan şəhid anaları idi. Qərbi Azərbaycan TV-nin rəhbəri, tanınmış publisist Telli Pənahqızının və şəhidlərimizin əziz analarının iştirakı tədbirə xüsusi bir mənəvi ucalıq bəxş edirdi.
Tədbiri giriş sözü ilə açan Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov qonaqları salamladı. İlk olaraq müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu sükut, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfinfən qazanılan zəfərin və Qərbi Azərbaycana qayıdış konsepsiyasının mənəvi andı kimi zalda əks-səda idi.
Daha sonra Amasiya rayon İcmasının sədri, görkəmli elm xadimi, akademik Abel Məhərrəmovun Amasiyalı xanımlara ünvanladığı səmimi bayram təbriki oxundu. Akademikin təbriki hər bir xanımın qəlbinə fərəh toxumu səpdi. Bu xoş sözlərin davamı olaraq, hər bir xanıma Abel müəllimin bayram hədiyyəsi olan ətirli çiçəklər təqdim edildi. Bu diqqət və qayğı məclisdəki bahar təravətini daha da artırdı.
Tədbirin bədii hissəsi Qəşəm Ağbabalının ifasında səslənən möhtəşəm "Ağbaba yallısı" ilə start götürdü. Yallı sədaları altında Amasiyalı xanımlar əl-ələ verib halay tutdular. Bu rəqs sadəcə bir musiqi nömrəsi deyil, ulu babalarımızdan miras qalan birliyin, bərabərliyin və sarsılmazlığın nümayişi idi. Bayram tonqalı ətrafında edilən rəqslər, sönməyən ocağımızın və qəlblərdə yaşayan yurd sevdasının rəmzi kimi alovlanırdı.
Məşhur tar ifaçısı Qurban Pirimovun yadigarı, Asim Pirimovun təqdim etdiyi rəngarəng musiqi proqramı, Qəşəm Ağbabalının qara zurnada ifa etdiyi Ağbaba-Şörəyel havaları, İrəvən Dram Teatrının aktrisasl Səmayə İsmayılovanın mahnıları tədbirə xüsusi bir rəng qatdı. Tarın sehrli tellərindən süzülən musiqi hər kəsi xəyalən o uca dağlara, Ağbaba yaylaqlarına apardı.
Tədbirin ən duyğulu anları çıxışlar zamanı yaşandı. Telli Pənahqızı qadınlarımızın cəmiyyətdəki və milli mübarizədəki rolundan danışdı. Şəhid Murad Məmmədovun anası Mürvət xanım, şəhid Muxtar Qasımlının anası Almaz xanım, şəhid Orxan Hüseynovun anası Xalidə xanım və şəhid Oqtay Şabanovun bacısı Rəna xanım çıxış edərək, vətən sevgisinin hər şeydən uca olduğunu bir daha xatırlatdılar. Onların mətanəti və qüruru bütün zalda böyük ehtiramla qarşılandı.
Tədbirdə ADPU-nunprofessoruHəcərHüseynova, dzyudo üzrə Azərbaycanınilkqadın çempionuArzuHüseynova, Dürrə Vəliyeva, BaharQasımova, Gültəkin İsayeva, Təranə Abbasova, Arzu Abbasova çıxış etdilər.
Amasiya rayonu Qadınlar Şurasının sədri Teyfə Zilfiqarova öz çıxışında şəhid anaları başda olmaqla bütün Amasiyalı xanımları ürəkdən təbrik edərək bildirdi ki, Amasiyanın gəlinləri və qızları hər zaman öz ləyaqəti, zəhmətkeşliyi və vətənpərvərliyi ilə seçiliblər.
Bu bayram tədbiri bir daha sübut etdi ki, Amasiya İcması öz kökünə, adət-ənənəsinə və insanına sahib çıxan böyük bir ailədir. Milli bayramımız olan Novruzun müjdəsi ilə birləşən bu zəriflik bayramı, hər bir iştirakçıda böyük bir inam yaratdı: bir gün bu tonqallar elə Amasiyanın özündə, Ağbabanın ətəklərində alovlanacaq!




































































