Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun, “IDTech Academy” və Lütfizadə Texnologiya Mərkəzinin tərəfdaşlığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş panel müzakirəsi keçirilib.
“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusuna həsr olunan panel müzakirəsinin əsas məqsədi qadınların liderlik potensialının inkişafına dəstək olmaq, gənc qızların texnologiya sahəsinə marağını artırmaq və bu istiqamətdə mövcud imkanları təqdim etmək olub.
Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və Proqramların İdarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Baş katibi Fidan Əhmədova və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat idarəçiliyi və süni intellekt departamentinin müdir müavini Aysel Hüseynova çıxış edərək rəqəmsal transformasiya dövründə qadınların rolu, texnologiya sahəsində karyera imkanları və bu istiqamətdə dövlət tərəfindən yaradılan imkanlar barədə məlumat veriblər.
Panel müzakirəsində Prezident mükafatçısı və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, "IDschool"un rəhbəri və "DigiSmart" məhsul sahibi Günel Xosrovlu, "MegaSec" MMC-nin İcraçı direktoru və "SheRise - Qadınlara dəstək" sosial layihəsinin rəhbəri Ayan Etibar, həmçinin "İKTEX" məhsul sahibi və “IDTech Academy”də İT biznes analitik Zalxa Quluzadə spiker qismində çıxış ediblər.
“IDTech Academy”nin Layihələr və tədbirlər koordinatoru Aydan Tarverdiyevanın moderatorluğu ilə keçirilən müzakirədə spikerlər texnologiya sahəsində qadınların rolu, gənc qızlar üçün İT sahəsində mövcud perspektivlər, rəqəmsal məhsul sahibliyinin yaratdığı imkanlar və rəqəmsal liderliyin formalaşmasında vacib bacarıqlar barədə təcrübələrini iştirakçılarla bölüşüblər.
Panel müzakirəsi çərçivəsində gənclərin texnoloji sahədə inkişaf imkanları, rəqəmsal bacarıqların formalaşdırılması və qadınların innovasiya ekosistemində daha fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib.
Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərin texnologiya sahəsinə yönləndirilməsinə və onların peşəkar inkişafına mühüm töhfə verir.






















































