Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Axşam saatlarında qidalanma: Mütəxəssisdən arıqlamaq istəyənlər üçün vacib tövsiyələr
"Yuxuda arıqlamağa kömək edən məhsullar mövcud deyil, çünki çəki itirmək üçün gündəlik ümumi kalori çatışmazlığı vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı məşqçi-nutrisioloq Yuri Brabeçan bildirib.
"İnternet "yatmazdan nələrisə yeyin və yüngülləşmiş kimi oyanın" kimi məsləhətlərlə doludur. Çox vaxt əsas rolda yumurta, qatıq, qreypfrut və ya ananas olur. Yumurta, doğrudan da, zülal və yağlar hesabına insanı yaxşı doyurur, yəni axşam peçenyeyə və şirniyyata əl uzatmamağa kömək edir. Adi kolbasalı buterbrodları bir cüt qaynadılmış yumurta ilə xiyara dəyişən insan avtomatik olaraq şam yeməyinin kalorilik dəyərini azaldır", - deyə mütəxəssis bildirib.
Məşqçi qeyd edib ki, axşamlar insanlar çox vaxt kalori normasını unudaraq yeməkdə özlərini məhdudlaşdırmırlar. Onun sözlərinə görə, yatmazdan əvvəl toxluğu təmin edən zülallı və lifli qida yemək daha yaxşıdır:
"Orqanizm axşam saat səkkizdən sonra "hər şeyi yağa çevir" rejiminə keçmir. Bədən balansı gün ərzində və uzun müddət ərzində hesablayır. Gecə qəlyanaltılarının problemi adətən tamam başqa şeydədir. Gün ərzində insan az yeyir və ya xırda qəlyanaltılarla keçinir, axşam isə bütün məhdudiyyətləri götürür. Çörək, pendir, şirniyyat asanlıqla 500-1 000 kkal əlavə edir və artıq heç bir defisitdən söhbət gedə bilməz. Axşam həqiqətən yemək istəyirsinizsə, tərəvəzli zülal seçmək lazımdır: göyərtili azyağlı kəsmik, bir tikə balıq və ya quş əti, az miqdarda giləmeyvəli təbii yoqurt. Zülal toxluğu təmin edir, lif minimum kalori ilə həcm əlavə edir. İki yumurtada təxminən 140-160 kkal var, lakin çörək, pendir və mayonez əlavə etdikdə rəqəm 300-ə qalxır. Bütün bunlar gündəlik kalori qəbulu nəzarət altında qaldığı müddətcə qidaya normal daxil olur".























































