Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
Yaxın Şərqdəki hərbi əməliyyatlar çərçivəsində Hörmüz boğazının açılıb-bağlanması məsələsi diqqət mərkəzindədir. Bu dar və strateji boğaz Yaxın Şərqdən çıxan neftin əsas nəqli yoludur və qlobal enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Son günlər Hörmüz boğazının açılıb-bağlanması investorlar və neft şirkətləri arasında böyük həyəcan yaradıb, çünki bu, dünya neft tədarükünün əhəmiyyətli qismini təhlükə altında qoya bilər. Regiondakı gərginlik fonunda neft qiymətləri qısa müddətdə kəskin şəkildə yüksəlib, yanacaq qiymətlərinin artmasına və enerji bazarlarında qeyri-sabitliyə yol açıb.
“Qafqazinfo” Hörmüz boğazının strateji əhəmiyyəti və tarixinə nəzər salıb.
Strateji mövqeyi
Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biridir. İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən idarə olunan bu 33 kilometr enində boğaz qlobal enerji ticarətinin təxminən 20%-nin keçdiyi strateji su yoludur.
.jpg)
Boğaz Fars körfəzini Oman körfəzi ilə birləşdirir. Qlobal neft və mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsi buradan ötürülür. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci il məlumatlarına görə, Hörmüz boğazından gündəlik 20 milyon bareldən çox xam neft və neft məhsulları daşınır. Beynəlxalq Enerji Agentliyi də qlobal neft ticarətinin beşdə birinin bu marşrutdan keçdiyini təsdiqləyir. Qlobal LNG ticarətinin gündəlik təxminən 300 milyon kubmetri, yəni 20%-i də bu boğazdan keçir.
Boğazdan keçən neftin əksəriyyəti Körfəz ölkələrinə aiddir: Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, İran və Qətər. Hörmüz boğazından keçən neftin 70-80%-i Asiya ölkələrinə, yəni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya yönəlir. ABŞ və Avropa ölkələri birbaşa asılı olmasalar da, boğazdakı fasilələr qlobal qiymətləri yüksəldir.
İran İnqilab Keşikçiləri ABŞ və İsrailin İrana genişmiqyaslı hücumlarından sonra Hörmüz boğazında dəniz nəqliyyatını məhdudlaşdırıb. Bu gərginlik qlobal bazarları da təsir edib. Böyük Britaniyanın Barkleys Bankı neft qiymətlərində əhəmiyyətli artım proqnozlaşdırır və xam neftin bir barelinin 100 dollara çata biləcəyini bildirir.
Boğazdakı son vəziyyət qlobal enerji təchizat zəncirində ciddi gərginlik yaradıb və neft, təbii qaz qiymətlərinə birbaşa təsir göstərir.
Hörmüz boğazı İran və Oman arasında yerləşir və OPEC ölkələri üçün Asiyada müştərilərə neft çatdırmaqda kritik əhəmiyyət kəsb edir. İranın xam neft və neft məhsullarının ixracı ümumi ixracın 17%-dən çoxunu, təbii qaz isə 12%-ni təşkil edir. 2023-cü ildə İran neftinin təxminən 90%-i Çin Xalq Respublikasına ixrac edilib.
Hörmüz boğazının strateji rolu onu yalnız regional deyil, qlobal enerji təhlükəsizliyi üçün də kritik bir keçidə çevirir. Buradakı hər hansı pozuntu dünya bazarlarında qiymət artımlarına və enerji təchizatında qeyri-müəyyənliyə səbəb olur.
“JPMorgan”ın təhlilinə görə, Hörmüz boğazında tam bağlanma ssenarisində regiondakı istehsalçıların saxlama tutumları maksimum 25 gün ərzində hasilatı davam etdirə bilər. Yeddi əsas istehsalçı ölkənin quruda ümumi saxlama tutumu təxminən 343 milyon barel təşkil edir.
Bağlanma
Boğaz fiziki olaraq qapı və ya klapan kimi bağlanmır, “bağlanma” hərbi və siyasi təhdidi ifadə edir. Boğazın ən dar nöqtəsi 33 kilometr enində olsa da, gəmi keçid zolaqları hər istiqamətdə cəmi 3 kilometrdir.
.jpg)
Hörmüz boğazının bağlanması üçün bir neçə üsul mövcuddur. Bunlardan biri dəniz minalarının yerləşdirilməsidir ki, bu da gəmilərin keçidini əngəlləyir. Digər bir üsul sahil müdafiə raketlərinin istifadəsidir, bu raketlər tankerləri hədəfə alaraq, tranziti təhdid edə bilər. Həmçinin sürətli qayıqlar və donanma vasitəsilə gəmilər təhdid edilə və ya ələ keçirilə bilər. Ən radikal üsul isə gəmiləri batırmaqdır ki, bu, xüsusilə dayaz və dar keçid nöqtələrində fiziki maneə yaradır.
Boğazın bağlanması qlobal neft qiymətlərinin kəskin artması və dünya iqtisadiyyatında böhran riskini artırır.
Gəmi keçidləri, əsasən, Omanın və qismən İranın ərazi sularından keçir. Boğazın mərkəzi nəzarət orqanı yoxdur. BMT Dəniz Hüququ Konvensiyasına görə, ölkələrin sahillərindən 12 dəniz milinə qədər suverenlik hüquqları mövcuddur. İran kommersiya gəmilərinə sərbəst keçid verən BMT müqaviləsini imzalasa da, hələ onu təsdiqləməyib.
Son hadisələrdə İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Boğazın fasiləsiz işləməsi enerji idxal edən ölkələr üçün həyati əhəmiyyət kəsb edir və hər hansı pozuntu qlobal bazarlarda qiymət artımına səbəb olur.
İran üçün xam neft və neft məhsulları əsas gəlir mənbəyidir, təbii qaz isə ikinci böyük töhfədir. Boğazın bağlanması İranın neft ixracına mane olur və Çinlə iqtisadi münasibətləri gərginləşdirə bilər.
Hörmüz boğazı ABŞ və Aİ sanksiyaları, İranın nüvə enerji səyləri və regional gərginliklər fonunda uzun illər strateji əhəmiyyət daşıyıb.
Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən beynəlxalq gəmiçilik yoludur. Bu dar boğazdan gündəlik təxminən 17-20 milyon barel xam neft keçərək, dünya bazarına nəql olunur. 38,9 kilometr eni olan boğaz Yaxın Şərq neftinin təxminən 40%-ni daşıyır, o cümlədən, ABŞ, Qərbi Avropa və Çinə göndərilən neftin yarısı buradan keçir.
Bu strateji əhəmiyyətinə görə, ABŞ və Böyük Britaniya son illərdə Çinə qarşı enerji kartı olaraq İrana təzyiq göstərmək və mümkün hərbi əməliyyatları planlaşdırmaq imkanlarını nəzərdən keçiriblər.
Tarixdə Hörmüz
Hörmüz boğazının adı tarixi şəxsiyyət Hörmüzdən götürülüb. O, Sasani imperiyasının (224-651-ci illər) məşhur hökmdarı Nuşirəvanın böyük oğludur. Nuşirəvanın ölümündən sonra hazırda Hörmüz boğazı adlanan ərazi varisi Hörmüzün adı ilə tanınmağa başladı.
Mənbələrə görə, Hörmüz Məzdəki üsyanını yatıran ədalətli Nuşirəvanın oğludur. Hicri illərində yaşayıb, anası Türk xaqanının qızı olduğuna görə “Türkzadə” ləqəbi ilə tanınıb. Lakin o, sadə və qəddar bir insan idi. Bəsit ruhlu olduğundan xalqın sevgisini qazana biləcək ciddi və hörmətli insanlardan nifrət edirdi. İnamsızlıq, nifrət, qan tökmək və zülm onun əsas xüsusiyyətləri idi.
Hörmüz oğlu Pərvizi (II Xosrov – 590-628-ci illərdə hakimiyyətdə olub – red.) qısqanaraq, onu Azərbaycana sürgün etmiş, qorxu və şübhə içində oğluna belə güvənməmişdi. Xalqına qarşı amansız olmuşdu.
Tacir sinfindən 13 min 600 nəfəri səbəbsiz edam etmişdi. 13 illik hakimiyyəti dövründə onun qəddar və rüsvayçı hərəkətləri xalqı bezdirmişdi. Nəticədə xalq və oğlu Pərviz Hörmüzü əvvəlcə kor edib həbs etmiş, sonra isə iplə boğaraq öldürmüşdü.
Xosrov Pərvizin adı oxuculara ədəbiyyatdan da tanışdır. Onun adı Firdovsinin “Şahnamə”sində və Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində romantik aspektdən işlənib, bununla fars və Azərbaycan ədəbiyyatında əsas qəhrəmanlardan birinə çevrilib.
Fars körfəzi ilə Hind okeanının birləşdiyi Hörmüz Boğazı bu zalım şah Hörmüzün adını daşıyır.























































