Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Təl-Əvivə bomba yağır
İran İnqilab Keşikçiləri Korpusu İsrailə yeni raket hücumları dalğası başlatdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir.
İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi hücumun “Sadiq Vəd 4” əməliyyatının 24-cü dalğası olduğunu bildirib.
İsrail ordusu İrandan atılan raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Ordu vətəndaşları sığınacaqlara getməyə çağırıb. Eyni zamanda, riskli ərazilərdə yaşayan insanların mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib. Ardınca paytaxt Təl-Əviv də daxil olmaqla, bir çox şəhərdə siren səsləri eşidilib.
Raketlərin buraxılmasından sonra Təl-Əvivdə güclü partlayış səslərinin eşidildiyi bildirilib.
KAN İrandan atılan çoxbaşlıqlı raketi zərərsizləşdirmək üçün bir neçə raketin buraxıldığını açıqlayıb.























































