“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
O, ŞƏFƏQDİR, O, SƏFQƏTDİR
8 MART- BEYNƏLXALQ QADINLAR ĞÜNÜ
Qadın - vəsfi cild-cild kitablara sığmayan şeiriyyət, heyrət, ülviyyət, şəfqət, məhəbbət, məlahət, mərhəmət, həlimət, fəzilət, qüdrət, ismət, vəfadar, dilbər, yar, ömürdaş, yoldaş, sirdaş, sona, ana, qayınana, nənə, bacı, baş tacı, qız, gəlin, bibi, xala, dan yeri, şəfəq, gözəllik, zəriflik, incəlik, sevgi... işıqdır.
Əziz xanımlar, ruhumuzun, könül dünyamızın üfüqlərini öz şəfəqləri ilə nura boyayan xilqət işığında gününüzü qutlayır və qadın gözəlliyi, özəlliyi ilə süslənmiş söz çələngimi bayram ovqatında hər birinizə unvanlayıram.
Qadın - sona, qadın - Ana,
Zərifliyi gücdür ona.
Gözəlliklə, özəlliklə
Sevgi biçilib boyuna.
O, şəfəqdir, o, şəfqətdir,
Məramı nur, mərhəmətdir.
Ruhumuza, könlümüzə
İşıq saçan məhəbbətdir.
Yarımız, baş tacımızdır,
Qız, gəlnimiz, bacımızdır,
Hər vaxt bizə həyan olan
Nənə, xala, bibimizdir.
Ana sözü - əzəllə tən, -
Adı dilim, adı Vətən.
Ülviyyəti, xilqətiylə
Dünyamıza dünya qatan...
Tapdıq ƏLİBƏYLİ























































