İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
Lerik rayonunun Nücü kəndi ərazisində yerləşən Viləş körpüsünün qəzalı vəziyyətdə olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bununla Oxu.Az-a şikayət daxil olub.
Bildirilib ki, sözügedən körpüdən ümumilikdə beş kəndin sakinləri istifadə edirlər.
"Vaxtilə beş kəndin sakinləri öz şəxsi hesablarına bu körpünü düzəltmişdilər. Hazırda isə körpü yararsız vəziyyətdədir. Hər gün uşaqlar, yaşlılar və ailələr bu körpüdən keçməyə məcburdurlar. Xüsusilə qarlı və buzlu havada maşınlar sürüşür, qəza riski çox yüksəkdir", - deyə şikayətdə vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Lerik Rayon İcra Hakimiyyətindən (RİH) fakt təsdiqlənib.
Qeyd olunub ki, söhbət uzunluğu 37.8 kilometr olan Əliabad-Kiravud-Nücü-Vamadüğün avtomobil yolundan gedir.
"Bəli, yazılanlar doğrudur. Həmin yol ən problemli yollarımızdan biridir və həqiqətən də hazırda pis vəziyyətdədir. Bununla bağlı bütün layihə-smeta sənədləri hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Cari il üçün investisiya ayrılması nəzərdə tutulur, yəni bu il dövlət tərəfindən layihə üçün vəsait ayrılacaq. Hələ il yeni başlayıb, gözləyirik ki, məsələ müsbət həllini tapsın. Həmin yolun tikintisi həyata keçiriləcək. Onu da qeyd edək ki, orada təkcə Viləş körpüsünün deyil, əlavə olaraq 20-dən artıq körpü və suötürücü qurğuların tikintisi də nəzərdə tutulub", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova























































