Menu
Xəbər Lenti
Prezidentlər təltif olundu
31-07-2026, 12:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 12:01

“Sabah”ın oyunu var

03 Mart 2026 09:33Manşet / Hadisə

Bakıda BYD piyada keçidində qəza törətdi, ölən var

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə martın 2-də saat 01:50-də paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Ağayev BYD markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vəli oğlu Vahabovu vurub. Hadisə nəticəsində N.Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Samir Əli