Menu
Xəbər Lenti
İranda zəlzələ olub
Bugün, 10:49

İranda zəlzələ olub

"WhatsApp Web" çökdü
Bugün, 09:42

"WhatsApp Web" çökdü

27 Fevral 2026 10:42Manşet / Siyasət

Dövlət informasiya sistemlərinin diaqnostika sənədi hazırlanıb

 

"Risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün xidmətimiz tərəfindən təhdidlər və həllər kataloqu hazırlanıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər Əhədov "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, sözügedən kataloq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud və potensial təhdidlərin sistemli təsnifatını təqdim etməklə, dövlət qurumları üçün risklərin düzgün identifikasiyası və prioritetləşdirilməsi baxımından mühüm praktiki alət olmaqla yanaşı onların aradan qaldırılması istiqamətində həllər və tövsiyələr verən effektiv vasitəyə çevriləcək:

"Göstərilənləri nəzərə alaraq biz bu platformanın texnoloji inkişafla paralel daima yenilənməsinə xüsusi diqqət ayıracağıq. Bu gün tətbiq edilən mexanizmlər yalnız risklərin qeydiyyatı ilə məhdudlaşmır. Onlar ölkə səviyyəsində diaqnostikanın aparılmasına, fövqəladə və böhran vəziyyətlərində vahid qərar qəbuletmə proseslərinin formalaşdırılmasına, eləcə də dövlət informasiya sistemlərinin rəqəmsal dayanıqlığının gücləndirilməsinə xidmət edir".

A.Əhədov vurğulayıb ki. qısa müddət ərzində bu yanaşmanın ilkin müsbət nəticələri müşahidə olunmaqdadır ki, bu da seçilmiş modelin düzgünlüyünü təsdiq edir:

"Xidmət və müvafiq qurumların mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış dövlət informasiya sistemlərinin diaqnostika sənədi hazırda dövlət qurumlarında razılaşdırma prosesindədir. Bu sənəd dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikasına vahid yanaşmanın tətbiqi üçün unikal mexanizmi özündə ehtiva edir. Düşünürəm ki, yaxın zamanda xidmət tərəfindən ərsəyə gətirilən bu sənədin də təsdiq edilməsi bu sahədə ayrıca diaqnostikanın aparılması prosesini sürətləndirməklə yanaşı, ümumi informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsinə öz töhfəsini verəcək".

Məlik Məlikov