Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar - CANLI
"Artan urbanizasiya şəhərlərin iqtisadi imkanlarını artırmaqla yanaşı həm də ekoloji çağırışların yaranmasına səbəb olur".
Oxu.Az xəbər verir ki, bunu WUF13-ün milli koordinatorunun müavini, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, urbanizasiyanın artması nəticəsində şəhərlər dəyişiklik ilə üzləşən əsas məkanlardır:
"Şəhərlər həm bu proseslərin əhəmiyyətini hiss edir, həm də iqlim dəyişikliklərinə uyğunlaşaraq daha yaxşı nəticələrin əldə olunmasına təsir göstərirlər.
Bu səbəbdən şəhərlərdə müxtəlif məsələlərin ciddi müzakirəsinə ehtiyac daha da artır. WUF13-də ediləcək müzakirə də məhz həmin məsələlərə həsr olunacaq".
Gülşən Rzayeva vurğulayıb ki, qlobal səviyyədə şəhərlərin tanınması sahəsində mövcud olan çağırışlar iqlim dəyişiklikləri fonunda onların fərqləndirilməsi istiqamətində təkmilləşir:
"Ona görə də şəhərlərin üzləşdiyi müxtəlif problemlərin ciddi müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda şəhər brendinqi və tanınma sahəsindəki çağırışlar, iqlim dəyişiklikləri kontekstində şəhərlərin fərqləndirilməsi modelinin formalaşdırılmasını zəruri edir. Bu isə şəhərlərin inkişafına yeni yanaşmalar və təkliflər vermək üçün imkanlar yaradır".
Aygün Mirakif























































