Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Sinəsini düşmən gülləsinə sipər edən şəhid qəhrəman Vidadi Nizami oğlu Zalov əbədiləşən xatirəsinə...
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
“Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş möhtəşəm tədbir keçirildi”
Quba Yol Təmir və İstismar İdarəsinin rəisi İlham Cəbrayılovun 65 illik yubileyi münasibətilə təbrik
“Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları”: “Qayğı və Himayə” Xeyriyyə Fondunun layihəsi
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Bu il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesinin bitməsinə bir həftə qalıb.
Oxu.Az xəbər verir ki, müraciətlərin qəbulu üçün son tarix yanvarın 29-u olaraq müəyyən edilib.
Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara forumun "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: şəbəkələşmə (Networking), vahid BMT (One UN), dayanıqlı inkişaf məqsədlərinin tətbiqi (SDGs in Action), şəhər kinoteatrı (Urban Cinema), şəhər kitabxanası (Urban Library), şəhərlərin səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).
Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə "UN Habitat"ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən "Applications / Müraciətlər" bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Forumun əsas və strateji mexanizmlərindən biri olan tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.
Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.























































