Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
"Aston Martin" işçilərini ixtisar edəcək
Böyük Britaniyanın avtomobil istehsalçısı "Aston Martin" xərcləri azaltmaq məqsədilə işçi qüvvəsinin 20%-ə qədərini ixtisar etməyi planlaşdırır. Hazırda şirkətdə təxminən 3 000 nəfər çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilir.
Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, istehsalçının xalis zərəri 363.9 milyon funt sterlinqə (491.5 milyon ABŞ dolları) çatıb. Halbuki bir il əvvəl bu göstərici 289.1 milyon funt (390.3 milyon dollar) təşkil etmişdi.
Şirkət maliyyə vəziyyətinin pisləşməsini avtomobillərinə tələbatın azalması, eləcə də ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının mənfi təsiri ilə əlaqələndirib.
"Aston Martin" işçi sayının azaldılması hesabına 40 milyon funtadək (54 milyon dollar) vəsaitə qənaət etməyi gözləyir. İxtisarların konkret olaraq nə vaxt həyata keçiriləcəyi isə açıqlanmayıb.























































