Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Zelenski Trampla nələri müzakirə edib?
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri danışığın təfərrüatlarını açıqlayıb.
Siyasətçinin sözlərinə görə, Ağ Evin xüsusi elçisi Stiven Uitkoff və onun müşaviri və kürəkəni Cared Kushner də zəngdə olub. Onlar Kiyev və Vaşinqton nümayəndələrinin Cenevrədə keçiriləcək ikitərəfli görüşdə çıxış edəcəkləri məsələləri, həmçinin martın əvvəlində tam üçtərəfli danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə ediblər.
“Ümid edirik ki, bu, bizə rəhbərlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu silsilə addımları dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və son nəticədə müharibəyə son qoymağın yeganə yoludur”, - Zelenski bildirib.























































