18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Üst cihazın əvəzlənməsi və yenilənməsi icbari tibbi sığorta ilə qarşılanır
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində koxlear implantasiya əməliyyatı və ilkin reabilitasiya mərhələləri qarşılanır. 2025-ci il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 136 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.
“Qafqazinfo” xəbər verir ki, bu ildən sözügedən xidmətlərlə yanaşı, əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun (üst cihaz) sıradan çıxması nəticəsində yenilənməsi və ya əvəz olunması halları da sığorta təminatına daxil edilib.
Belə ki, icbari tibbi sığorta çərçivəsində nitq prosessoru ilə bağlı 3 yeni tibbi xidmət təminata alınıb.
Bu yeniliklərə əsasən, implantasiya əməliyyatından 1 il sonra üst cihazın 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sözügedən tənzimləmələr cihazın pasiyentin eşitmə ehtiyaclarına uyğunlaşdırılmasına və reabilitasiya prosesinin daha səmərəli aparılmasına imkan yaradır.
Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model cihazla əvəz olunması da icbari tibbi sığorta ilə qarşılanır.
Eləcə də zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxildir. Qeyd olunan yeniliklər koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli tibbi dəstək almasına, həyat keyfiyyətinin yüksəlməsinə və sosial həyata daha aktiv qoşulmasına xidmət edir.
Sözügedən bu 3 yeni xidmət koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara də şamil olunur.
Diaqnoz və ilkin müayinələr üçün pasiyentlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət edə bilərlər. Əməliyyat icbari tibbi sığorta hesabına tibbi göstəriş və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı özəl tibb müəssisələrində həyata keçirilir.
Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihazın yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə üst cihazda səsin tənzimlənməsi icbari tibbi sığorta ilə qarşılanır. Koxlear implantasiya əməliyyatından sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində reabilitasiya xidmətlərinə (36 seans loqoped və psixoloq xidməti) cəlb olunur və bu proses eşitmə və nitq bacarıqlarının inkişafına mühüm töhfə verir.
Əməliyyatdan sonra Xidmətlər Zərfi çərçivəsində üst cihazın tənzimlənməsi, yenilənməsi və ya əvəzlənməsi ilə bağlı xidmətlərdən istifadə etmək üçün Agentliyə rəsmi qaydada müraciət olunmalıdır. Tibbi göstərişə əsasən xidmətlər icbari tibbi sığorta çərçivəsində bu sahə üzrə ixtisaslaşmış Agentliklə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilir





















































