Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Trampın İranla bağlı ilk seçimini açıqladı
“ABŞ Prezidenti Donald Trampın İranla bağlı ilk seçimi diplomatiyadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Prezident Donald Trampın İranla bağlı prioriteti diplomatiyadır, lakin zərurət yaranarsa, hərbi gücdən istifadə etməkdən çəkinməyəcək.
K.Livitt ABŞ-nin İranın üç nüvə obyektini tamamilə məhv etdiyi barədə iddialara münasibət bildirib.
O, Trampın açıqlamalarına istinad edərək qeyd edib ki, bu addım İranın ABŞ-ni və müttəfiqlərini birbaşa təhdid edə biləcək nüvə proqramına yenidən cəhd göstərməyəcəyi anlamına gəlmir.
“Prezidentin istəyi bunun bir daha baş verməsinin qarşısını almaqdır”, - deyə sözçü vurğulayıb.
Livitt əlavə edib ki, Tramp üçün diplomatiya hər zaman ilk seçimdir. Bununla belə, o, lazım gələrsə, ABŞ ordusunun öldürücü gücündən istifadə etməyə hazırdır və bu məsələ ilə bağlı son qərarı Prezident verir.
Onun sözlərinə görə, Tramp İranla bağlı mövqeyini Konqresdə edəcəyi ənənəvi “Birliyin vəziyyəti” çıxışında da açıqlayacaq və Prezidentin bu məsələdə aydın baxışı var.























































