İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
“Tramp komandası ilə Qrenlandiyanın alınmasını müzakirə edir” - Levitt
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq planı yenidən Vaşinqtonun xarici siyasət gündəminin mərkəzinə keçib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə Trampın bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə etdiyini təsdiqləyib.
Livitt adanın ABŞ-nin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini və Arktikada rəqiblərin qarşısını almaq üçün mühüm olduğunu vurğulayıb. Eyni zamanda, Trampın diplomatiyaya üstünlük verdiyi, lakin hərbi variant daxil olmaqla heç bir seçimini istisna etmədiyi qeyd olunub.
Qeyd edək ki, Vəziyyətin gərginləşməsi fonunda ABŞ-nin dövlət katibi Marko Rubionun gələn həftə Danimarka rəsmiləri ilə görüşərək Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. Danimarka və Qrenlandiya tərəfi isə adanın satılmadığımı bildirərək, ABŞ-nin təhdidlərinə kəskin etiraz ediblər.























































