Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Çin ABŞ-nin nüvə sınaqları barədə ittihamlarına cavab verdi
ABŞ Dövlət Departamentinin son illərdə Çinin nüvə sınaqları keçirməsi barədə ittihamlarını Pekin tamamilə əsassız hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Çinin tərk-silah məsələləri üzrə fövqəladə və səlahiyyətli səfiri Şen Tszyan bəyan edib.
"ABŞ-nin Çinin nüvə sınaqları keçirməsi barədə ittihamları heç bir fakta söykənmir", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Pekin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi haqqında müqavilənin məqsəd və vəzifələrini qətiyyətlə dəstəkləyir.
Səfir bəyan edib ki, Vaşinqton bu cür fəaliyyət barədə öz öhdəliklərinə əməl etməli, bu mövzuda qlobal konsensusa dəstək verməlidir.























































