ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Bir ömrün işığında –jurnalist Mərhəmət Lələyev İmran Əbilov ilə unudulmaz görüş
Bəzən insan illərlə adını eşitdiyi, fəaliyyətini izlədiyi bir ziyalını nəhayət yaxından görəndə anlayır ki, bəzi görüşlər təsadüf deyil – taleyin yazdığı məqamdır. Mənim üçün də İmran müəllimlə görüş məhz belə oldu.
Sosial şəbəkələrdə məni hər zaman diqqətlə izləyən, yazılarıma səmimi və dəyərli rəylər yazan, doğum günüm münasibətilə şəxsi təbrik ünvanlayan bir insanla üz-üzə dayanmaq qəribə və eyni zamanda qürurverici hiss idi. Sanki illərin tanışlığı vardı aramızda, amma ilk dəfə idi ki, eyni masanın arxasında əyləşirdik. Görüşümüz sadəcə müsahibə üçün planlaşdırılmışdı, lakin zaman keçdikcə söhbət xatirələrə, xatirələr isə bir ömrün salnaməsinə çevrildi.
İmran Rəşid oğlu Əbilov elə bir şəxsiyyətdir ki, onunla danışarkən saatın necə keçdiyini hiss etmirsən. Sözündə təmkin, baxışında müdriklik, danışığında isə yaşanmış bir həyatın dərin izləri var. O, sadəcə vəzifələr daşımış bir dövlət adamı deyil – torpağın nəfəsini duyan, zəhmətin dəyərini bilən, xalqına xidmət etməyi həyat amalına çevirən bir ziyalıdır.
1935-ci ilin payızında Masallının Mahmudavar kəndində dünyaya göz açan bu insan kənd torpağının qoxusunu, zəhmət adamının əllərinin sərtliyini uşaqlıqdan hiss edib. Bəlkə də elə buna görə həyat yolunu kənd təsərrüfatına, torpağa, istehsala, xalqın rifahına bağladı. Təhsil illərində göstərdiyi yüksək nəticələr, aldığı fəxri təqaüd onun zəhmətinin və əzminin göstəricisi idi. O dövrdən etibarən İmran müəllimin adı çalışqanlıq və məsuliyyət anlayışı ilə yanaşı çəkilməyə başladı.
Onun fəaliyyəti təkcə bir sahəni deyil, bütöv bir dövrü əhatə edir. Uzun illər dövlət idarəçiliyində çalışaraq kənd təsərrüfatının inkişafına, aqrar sahədə yeniliklərin tətbiqinə, istehsalın genişlənməsinə mühüm töhfələr verib. Amma bütün bunları danışarkən bir dəfə belə özünü ön plana çəkmədi. Əksinə, “biz etdik”, “kollektiv gördü”, “xalqın zəhməti idi” deyərək sadəliyini qorudu. Böyük adamların böyüklüyü də elə bundadır – gördüyü işləri hay-küyə çevirmədən tarixə yazmaq.
Söhbətimiz zamanı keçmişin çətin illərindən danışdı. O illər ki, məsuliyyət daha ağır, imkanlar daha məhdud idi. Amma o çətinliklər insanları möhkəmləndirirdi. İmran müəllimin səsində nə şikayət, nə də peşmanlıq vardı. Sadəcə qürur vardı – halal zəhmətin qüruru.
Onun ədəbi mühitlə əlaqələri, ziyalılarla dostluğu, böyük söz adamları ilə ünsiyyəti ayrıca bir məktəbdir. Səməd Vurğun ilə məktublaşması, ədəbiyyatın canlı nəfəsini yaxından hiss etməsi, müasir dövrün görkəmli şair və yazıçıları ilə dostluq münasibətləri onun dünyagörüşünün nə qədər geniş olduğunu göstərir. O, həm torpağın adamıdır, həm də sözün.
Görüşümüz zamanı ən çox diqqətimi çəkən isə onun gənclərə münasibəti oldu. Deyirdi ki, gənclər oxumalıdır, araşdırmalıdır, yazmalıdır. Çünki millətin gələcəyi savadlı və vicdanlı gənclərin çiyinləri üzərində qurulur. Bu sözlər sadəcə nəsihət deyildi, ömrünü xidmətə həsr etmiş bir insanın səmimi çağırışı idi.
Onun ailəsinə bağlılığı, övlad və nəvələrinə olan sevgisi, dostlarına sədaqəti də həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. İmran müəllim üçün vəzifə keçicidir, insanlıq isə qalıcı.
Bu görüş mənim üçün sadəcə bir yazı mövzusu olmadı. Bu, bir məktəb idi. Bir ömrün təcrübəsindən dərs almaq, bir ziyalının düşüncələrini dinləmək, keçmişlə bu günü eyni masada birləşdirmək idi. Onun danışdıqları arasında bir cümlə xüsusilə yaddaşıma həkk olundu: “İnsan elə yaşamalıdır ki, arxasınca yaxşı söz qalsın.”
Həqiqətən də, İmran müəllim arxasınca yaxşı söz qoyan insanlardandır. Onun həyat yolu zəhmətin, sədaqətin, dövlətə və xalqa xidmətin canlı nümunəsidir.
Belə insanlarla görüşmək həm qürur, həm məsuliyyət, həm də ilhamdır. Mən bu görüşdən yalnız bir müsahibə yox, həm də mənəvi zənginlik qazandım.
Allah İmran müəllimə möhkəm can sağlığı və uzun ömür nəsib etsin.
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Liqa Qəzetinin Baş redaktoru ictimai fəal bloger
jurnalist
“UluSəsTV.az”-ın bölgə müxbiri
Mərhəmət Lələyev
Müsahibənin birinci hissəsinə linkə daxil olub baxa bilərsiniz























































