Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Hər kəs öz hekayəsinin qəhrəmanıdır! – Dünya səhnəsini riqqətə gətirən Azərbaycan istedadı Zakir Bədəloğlunun uğur yolu
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final mərhələsi start götürüb
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final mərhələsi start götürüb.
Oxu.Az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü final mərhələsində çıxış edirlər.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də final mərhələsində çıxış etmək hüququ əldə ediblər.
Qeyd edək ki, Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər.
Murad Nəsimi






















































