İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Forum çərçivəsində üç panel sessiyanın keçirilməsi nəzərdə tutulur: iştirakçılar "Rəqəmsallaşma və süni intellektin tətbiqi", "İnzibati orqanların fəaliyyətində məhkəmənin rolu: təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, bərabər yanaşma və etimadın qorunması" və "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" mövzusunda müzakirələr aparacaqlar.
Bundan başqa, tədbir çərçivəsində Hakimlər İttifaqının illik hesabatı təqdim olunacaq və Məhkəmə-Hüquq Şurasının üzvlüyünə seçkilər keçiriləcək.
Məlik Məlikov























































