Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Makron Meloniyə qəzəbləndi - “Şərh bildirməyi dayandır”
Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corciya Meloninin Fransadakı zorakılıqla bağlı şərhlərinə sərt reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, Makron bunu Hindistanın Yeni Dehli şəhərində jurnalistlərə açıqlamasında bildirib.
“Öz ölkələrində narahat edilmək istəməyən millətçilərin başqa ölkələrdə baş verənlərə ilk şərh bildirənlərin olduğunu görmək məni həmişə təəccübləndirir”, - prezident qeyd edib.
O əlavə edib ki, heç bir ideologiya və ya siyasi fikir zorakılığa haqq qazandıra bilməz. Makron Melonidən başqa ölkələrdə baş verənlərə şərh bildirməyi dayandırmasını istəyib.
Qeyd edək ki, Meloni Lionda solçu və ifrat sağçı qruplar arasında baş verən döyüşdə bir gəncin ölməsini “bütün Avropa üçün yara” adlandırmışdı. Bu, Fransa ictimaiyyətində və siyasi dairələrdə mübahisə yaratmışdı.
Xatırladaq ki, fevralın 12-də Kanten Derank Lionda solçu və ifrat sağçı qruplar arasında baş verən toqquşmada həyatını itirib. Hadisə ilə bağlı istintaq başlanıb.
Yerli təhlükəsizlik kameralarının görüntülərində Lionun 5-ci rayonunda bir qrupun üç gənci döydüyü, ikisinin qaçdığı, üçüncüsünün isə yerdə hərəkətsiz uzandığı göstərilib. Derank başından aldığı xəsarətdən xəstəxanada vəfat edib.























































