“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Gürcüstan XİN başçısı: "Azərbaycan-Ermənistan üzərindən yeni yolların tikintisi region üçün müsbət haldır"
"Bu gün Azərbaycan-Ermənistan üzərindən yeni yolların tikintisi fəal şəkildə müzakirə olunur və əminliklə demək olar ki, bu, region üçün müsbət haldır".
Oxu.Az İmedinews.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
"Əgər bu proses inkişaf edərsə və regionumuza yeni yollar əlavə olunarsa, nəqliyyat əlçatanlığı baxımından bölgəmizin dəyəri daha da artacaq. Lakin təsəvvür etmək çətindir ki, uzun illərdir mövcud olan, işləyən və inkişaf edən marşrut - Gürcüstan üzərindən keçən hissə - hansısa yeni yolla tam əvəz olunsun", - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, hətta üç və ya dörd yeni marşrut əlavə olunsa belə, Qərb ilə Şərq arasında bu gün baş verən yükdaşımaların həcmini tam qarşılamaq üçün onların yenə də kifayət etməməsi ehtimalı var:
"Buna görə bəzi dairələr Azərbaycan və Ermənistan arasındakı münasibətləri Gürcüstan kontekstində təqdim etməyə, mövzunu sanki rəqabət kimi göstərməyə çalışırlar. Halbuki biz bu prosesə müsbət baxırıq, bundan məmnunuq və yeni marşrutları Gürcüstan üzərindən keçən marşruta rəqib kimi qiymətləndirmirik".























































