Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Müqəddəs Ramazan” ayının gəlişi münasibətilə Azərbaycan xalqına və dövlət rəhbərliyinə səmimi təbrik
Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva, hüquq-mühafizə orqanlarının dəyərli əməkdaşları və əziz Azərbaycan xalqı!
“Müqəddəs Ramazan”ayının gəlişi münasibətilə Sizi həm öz adımdan, həm də ARHD.AZ İnformasiya Agentliyinin adından ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, firavanlıq, ruzi-bərəkət və uğurlar arzulayıram. Ramazan ayı insanları mərhəmətə, həmrəyliyə, paylaşmağa və mənəvi saflaşmaya səsləyən ən müqəddəs aylardan biridir. Bu mübarək ayın ölkəmizə sülh, əmin-amanlıq və daha böyük nailiyyətlər gətirməsini diləyirəm.
Bu gün Azərbaycan dövlətinin güclənməsi, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və cəmiyyətimizdə ədalət prinsiplərinin qorunması istiqamətində görülən işlər hər birimiz üçün qürur mənbəyidir. Xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində ölkəmizin bundan sonra da davamlı inkişaf edəcəyinə, yeni uğurlara imza atacağına inamımız tamdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayır, onların ölkəmizdə sabitliyin və qanunun aliliyinin qorunmasında göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndirirəm. Əziz xalqımıza isə daim rifah, əmin-amanlıq və tərəqqi arzulayıram. Qoy bu mübarək ay hər bir evə sevinc, ümid və xoşbəxtlik bəxş etsin, qəlbləri mərhəmət və xeyirxahlıqla doldursun.
Birdaha“MüqəddəsRamazan” ayınıngəlişimünasibətiilə səmimiqəlbdəntəbrikedirəm! Allah yar və yardımçınız olsun!
Hörmətlə,
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri,
Beynəlxalq hüquq eksperti,
Hüquq üzrə fəlsəfə doktoru
İsmayıl Zalov























































