Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli  - 65
Bugün, 13:34

Tapdıq Əlibəyli - 65

Tapdıq Əlibəyli - 65
Dünən, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Dünən, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
21-06-2026, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
21-06-2026, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

03 Aprel 2025 19:19Manşet / Gündəm / Siyasət

Ayqul Japarova Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

 

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Mehriban xanım.

Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.

Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.

Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

Ayqul Japarova Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə də təbrik edib.

"Bütün müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Qoy Ulu Tanrı bu müqəddəs ayda gördüyümüz bütün xeyirxah işləri qəbul etsin, mübarək bayram hüzur və xoşbəxtliyimizi artırsın.

Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərlərin təcəssümü olan bu bayram hər bir evə səadət və ruzi-bərəkət gətirsin, qardaş xalqlarımıza isə sülh və əmin-amanlıq bəxş etsin.

Hörmətli Mehriban xanım, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram".