Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
İngiltərədə işsizlik pik həddə çatdı
İngiltərədə işsizlik göstəricisi 5.2 faizə çataraq, son beş il ərzində qeydə alınan ən yüksək rəqəm olub.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.
Təqdim olunan rəqəmlərdən aydın olur ki, xüsusilə işdən çıxarmaların çoxalması və iş axtaran şəxslərin sayının artması əmək bazarına ciddi təzyiq göstərir.
Məlumata əsasən, hər bir vakant iş yeri üzrə işsizlərin sayı pandemiya dövründən sonra ən yüksək səviyyəyə qalxıb. Bu vəziyyət iş tapma prosesini çətinləşdirməklə yanaşı, iqtisadi bərpanın işçi qüvvəsi bazarına təsirinin hələ də məhdud olduğunu nümayiş etdirir.
Statistika idarəsinin nümayəndələri işsizlik və vakansiya məlumatlarındakı qısamüddətli dəyişikliklərin ehtiyatla təhlil edilməsinin vacibliyini vurğulayıblar. İşdən çıxarılmaların və iş axtaranların artımı İngiltərənin əmək bazarındakı balansın pozulmasının əsas göstəricisi kimi qəbul edilir.
Analitiklər qeyd edirlər ki, yüksək inflyasiya və yaşayış xərclərinin artması işsizlərin sayındakı artıma əlavə təsir göstərə bilər. Xüsusilə aşağı və orta gəlirli işçilər üçün əmək bazarındakı bu sıxıntının bahalıqla üst-üstə düşməsi iqtisadi narahatlıqları daha da dərinləşdirir.























































