Menu
Xəbər Lenti
GƏNCLƏRİMİZİ TANIYAQ
Dünən, 07:51

GƏNCLƏRİMİZİ TANIYAQ

17 Fevral 2026 05:42Manşet / Dünya

Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama

 

Cərrah-koroproktoloq Ceyms Kinross bağırsaq xərçəngini vaxtında aşkar etməyə kömək edə biləcək əsas əlamətləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mirror" nəşri yazıb.

Ceyms Kinross əmindir ki, erkən simptomları qaçırmamaq üçün nəcisdəki istənilən dəyişikliyə diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, hər bir insanın bağırsaq fəaliyyətində özünəməxsus xüsusiyyətləri var və bunlar haqqında yalnız özü məlumatlıdır. Buna görə də həkim ilk növbədə insanları defekasiyanın (bağırsaq hərəkətlərinin) tezliyinə, konsistensiyasına, formasına və rənginə nəzarət etməyə çağırıb. O, qeyd edib ki, dəyişikliklər stres və ya pəhrizlə də izah edilə bilər, lakin əgər keçmirsə və davam edirsə, müayinədən keçmək lazımdır.

Ceyms Kinross ikinci çox həyəcanverici siqnal kimi nəcisdə qanın olmasını qeyd edib. Bu simptom meydana çıxarsa, dərhal həkimə müraciət etməyi tövsiyə edib. Həmçinin qarında davamlı ağrını, keçməyən yorğunluğu, izah olunmayan çəki itkisini və ya bədəndə şişkinliklərin əmələ gəlməsini də gözardı etmək olmaz.